4. Qayda
Vav hərfi sakin və ondan əvvəlki hərf kəsrəli olarsa, bu halda həmin sakin vav hərfi ya hərfinə çevrilir.
| Kəlmələr | مِيعَادٌ | إِيجَازٌ |
| Əsl formaları | مِوْعَادٌ | إِوْجَازٌ |
| Son halları | مِيعَادٌ | إِيجَازٌ |
مِوْعَادٌ sözündə olan vav hərfi sakin və ondan əvvəlki hərf kəsrəli olduğu üçün, bu səbəbdən sakin vav hərfi ya hərfinə çevrilmişdir və kəlmə مِيعَادٌ formasını almışdır.
إِوْجَازٌ sözündə olan vav hərfi sakin və ondan əvvəlki hərf kəsrəli olduğu üçün, bu səbəbdən sakin vav hərfi ya hərfinə çevrilmişdir və kəlmə إِيجَازٌ formasını almışdır.