İllətli Hərflər حروف العلة haqqında
Ərəbcədə illətli hərflər 3 ədəddir;
|
حُرُوفُ الْعِلَّةِ İllətli Hərflər |
||
|
ا əlif |
و vav |
ي ya |
İllət: Lüğəvi mənası xəstəlik, qüsur deməkdir. Özlərində illət, yəni sağlamlıq olmayan yuxarıdakı 3 hərfə illətli hərflər deyilir. İllətli hərflərin olduğu kəlməyə də mu'tel deyilir.
İllətli hərfin olduğu kəlmədə həmin hərfdə dəyişiklik baş verərsə, o kəlməyə mu'âll və ya mu'allel kəlmə deyilir.
İllətli hərflərdən olan elif hərfinə hərf-i illə, hərf-i lin və ya hərf-i medd deyilir. Çünki həmişə səkindir. Əlif hərfindən əvvəlki hərf həmişə fəthalıdır. Əlif hərfi səkin, əvvəlindəki hərf isə fəthalı olduğu üçün elif hərfinə hərf-i medd deyilir, نَامَ feilində olduğu kimi. Feilin ortasında olan elif hərfi səkindir, əvvəlindəki hərf fəthalıdır.
Lîn: Lüğətdə yumşaq mənasına gəlir. İllətli hərflər də daim dəyişkən olurlar.
Medd: Lüğətdə uzatma mənasına gəlir. İllətli hərflər hərəkəsiz olduqda medd vəzifəsini yerinə yetirirlər.
Vav və ya ya hərfləri hərəkəli olarsa, onlara yalnız hərf-i illə deyilir. Hərf-i lin və ya hərf-i medd deyilməz, وَجَدَ və ya يَقِظَ kimi.
Vav və ya ya hərfləri səkin olub, özlərindən əvvəlki hərfin hərəkəsi onlara uyğun olmayan bir hərəkə olarsa, həmin səkin vav və ya hərflərinə hərf-i illə və ya hərf-i lin deyilir, hərf-i medd deyilməz. Çünki illətli hərflərdən birinə hərf-i medd demək üçün heç bir hərəkə almadan medd vəzifəsini yerinə yetirməsi lazımdır. قَوْلٌ və ya بَيْعٌ kimi.
Vav və ya ya hərfləri səkin olub, özlərindən əvvəlki hərfin hərəkəsi onlara uyğun bir hərəkə olarsa (yəni səkin vavdan əvvəlki hərfin hərəkəsi dammə, səkin yadən əvvəlki hərfin hərəkəsi isə kəsrə olarsa), o halda həmin səkin vav və ya hərflərinə həm hərf-i illə, həm hərf-i lin, həm də hərf-i medd deyilir. قُوتِلَ və ya كِيلَ kimi.