İdğam & Birləşmə
İdğam: Lüğətdə "bir şeyi başqa bir şeyin içinə qoymaq, itələmək və ya bir şeyi başqa bir şeyin içində əridib, fərqlənməz hala gətirmək, birləşmək, bir olmaq" mənalarına malikdir.
Nəhv elmində isə istilahi olaraq işlədilir və eyni növdən olan iki hərfin yanaşı gəlməsi nəticəsində həmin iki hərfin birləşdirilib tək bir hərf kimi yazılmasıdır. İdğam sözü if'âl babından məsdardır.
| İf'âl Babı | Məzdər | Muzari | Mazi |
| Vəzin | إِفْعَالاً | يُفْعِلُ | أَفْعَلَ |
| Mövzun | إِدْغَامًا | يُدْغِمُ | أَدْغَمَ |
Sarf alimlərinin örfünə görə idğam əməli 3 hissəyə bölünür;
| Vacib idğam | Cayiz idğam | Mümteni idğam |
| مَدَّ | لَمْ يَمُدَُِّ | مَدَدْنَ |