4. Lefif fellər

Sülasi bir feilinin tərkibində 2 dənə illet hərfi olan feillərə lefif feillər deyilir. Bu iki illet hərfindən biri feilinin fa əl-feilində, digəri isə lam əl-feilində olarsa, o lefif feilinə lefif-i mefruq deyilir. Bu iki illet hərfindən biri ayn əl-feildə, digəri də lam əl-feildə (yəni yanaşı olarsa) olarsa, bu cür lefif feillərə də lefif-i makrun deyilir.

Lefif-i Makrun Lefif-i Mafruk

طَوَى

bükdü

رَوِيَ

suladı

كَوَى

ütülədi

سَوِيَ

bərabərləşdirdi

Lefif feillər, sülasi mücərrəd 6 babın içində 2-ci və 4-cü bablardan gəlirlər.

2-ci Bab Mazi Muzari
Vəzin فَعَلَ يَفْعِلُ
Mövzun شَوَى يَشْوِي

4-cü Bab Mazi Muzari
Vəzin فَعِلَ يَفْعَلُ
Mövzun قَوِيَ يَقْوَى

2-ci Bab Mazi Muzari
Vəzin فَعَلَ يَفْعِلُ
Mövzun وَلَى يَلِي
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Sarf Bilikləri › 4. Lefif fellər
🎓
Xoş gəldiniz! Sual soruşun!