2-ci Ecvef felləri
Sülasi bir feilinin ayn ul-fiili, yəni ortadakı hərfi vav və ya ya hərfi olan feilərə ecvef feiləri deyilir. Ecvefin lüğəvi mənası "içi boş" deməkdir. Burada da feilinin tam ortası boş, yəni arızalı olduğu üçün bu adla adlandırılmışdır. Ecvef feilərdə ayn ul-fiildəki hərf vav olarsa, o ecvef feilinə ecvef-i vavi, ya olarsa ecvef-i yai deyilir.
| Ecvef-i Vavi | Mazi | Muzari |
| Əsli | خَوِفَ | يَخْوَفُ |
| Son Hali | خَافَ | يَخَافُ |
| خَافَ mazi feilinin əsil hallarına baxanda sülasi mücərrəd 6 babın 4-cü babından (alime-ya'lemu kimi) gəldiyini görürük. Bu da son halı (yəni ilâl qaydalarından sonrakı halı) olan خَافَ formasında ortada olan elif hərfinin əvvəllər vav hərfi olduğunu bizə sübut edir. Buna görə də belə bir ecvef feilinə ecvef-i vavi deyilir. | ||
| Ecvef-i Yai | Mazi | Muzari |
| Əsli | بَيَعَ | يَيْبِعُ |
| Son Hali | بَاعَ | يَبِيعُ |
| بَاع mazi feilinin əsil hallarına baxanda sülasi mücərrəd 6 babın 2-ci babından (darabe-yedribu kimi) gəldiyini görürük. Bu da son halı (yəni ilâl qaydalarından sonrakı halı) olan بَاع formasında ortada olan elif hərfinin əvvəllər ya hərfi olduğunu bizə sübut edir. Buna görə də belə bir ecvef feilinə ecvef-i yai deyilir. | ||
Ecvef feilərin ayn ul-fiilləri vav və ya ya olduqda, ilâl qaydasına görə o vav və ya ya hərfi elif hərfinə çevrilir. İlâl qaydaları növbəti dərslərdə izah olunacaq. Beləliklə, mazi formada bir ecvef feili görəndə, ayn ul-fiildəki elif hərfinin vav hərfindənmi, yoxsa ya hərfindənmi çevrildiyini anlamaq üçün həmin mazi feilinin muzari formasını bilmək lazımdır. Bunun üçün lüğətə ehtiyacımız var.
| Son Hali | Əsli |
|
خَافَ qorxdu |
خَوِفَ |
|
صَارَ döndü |
صَيَرَ |
|
صَامَ oruc tutdu |
صَوَمَ |
|
قَالَ dedı |
قَوَلَ |
|
بَاعَ satdı |
بَيَعَ |
|
سَارَ getdi/yürüdü |
سَيَرَ |
|
قَامَ qalxdı |
قَوَمَ |
|
زَادَ artdı |
زَيَدَ |
|
نَامَ yuxuya getdi |
نَوِمَ |
Ecvef feiləri əsasən sülasi mücərrəd 6 babın 1-ci, 2-ci və 4-cü bablarından gəlir.
| 1-ci Bab Ecvef-i Vavi | Mazi | Muzari |
| Vezin | فَعَلَ | يَفْعُلُ |
| Mövzun | قَالَ | يَقُولُ |
| Əslləri | قَوَلَ | يَقْوُلُ |
| 2-ci Bab Ecvef-i Yai | Mazi | Muzari |
| Vezin | فَعَلَ | يَفْعِلُ |
| Mövzun | طَابَ | يَطِيبُ |
| Əslləri | طَيَبَ | يَطْيِبُ |
| 4-cü Bab Ecvef-i Vavi | Mazi | Muzari |
| Vezin | فَعِلَ | يَفْعَلُ |
| Mövzun | نَامَ | يَنَامُ |
| Əslləri | نَوِمَ | يَنْوَمُ |