Fev'âle فَوْعَلَ (Havkale) Babı
Rübai Mücerred tək bab olan فَعْلَلَ “dehrace” babına mülhəq olan 6 babın birincisinin mazisi فَوْعَلَ və muzarisi يُفَوْعِلُ və məsdarlari isə فَوْعَلَةً və فِيعَالاً vəznində gəlir. Bu baba uyğun gələn mövzunlar mazidə حَوْقَلَ, muzaridə يُحَوْقِلُ və məsdarlarda isə حَوْقَلَةً və حِيقَالاً şəklindədir. Bu babın əlaməti, əvvəlcə 3 hərfli olan حقل feilinin fa ul-feili ilə ayn ul-feili arasına bir vav hərfinin artırılması ilə mazisinin 4 hərf üzərində olmasıdır.
| Məna | Məzdar | Məzdar | Muzari | Mazi |
| Vəzn | فِيعَالاً | فَوْعَلَةً | يُفَوْعِلُ | فَوْعَلَ |
| Mövzun | حِيقَالاً | حَوْقَلَةً | يُحَوْقِلُ | حَوْقَلَ |
-Bu babın binası lazım feil üçün nəzərdə tutulub. Lazım feilə misal:
حَوْقَلَ زَيْدٌ
Zeyd zəiflikdən əlini böyrünə qoydu
-Bəzən mütəaddi olması da mümkündür. Mütəaddi feilə misal:
حَوْقَلَ زَيْدٌ عَمْرًا
Zeyd Amrı itələdi
حِيقَالاً məsdarına gəlincə, aslı حِوْقَالاً idi və vəzni də فِوْعَالاً idi. Lakin vav sakin və ondan əvvəlki hərf səhhih və hərəkəli olduğuna görə vav hərfi ondan əvvəlki hərfin hərəkəsinin cinsindən ya hərfinə çevrilmişdir.
| حِيقَالاً | حِيْقَالاً | حِوْقَالاً |
Dehrace babına ilhak olunan حَوْقَلَ feilinin aslı حَقَلَ şəklində idi. Feilin fa ul-feili ilə ayn ul-feili arasına bir vav artırıldı və feil 4 hərfli olaraq dehrace babına ilhak olundu. حَوْقَلَ məlum mazi feilinin məchulu حُوقِلَ şəklində, يُحَوْقِلُ məlum muzari feilinin də məchulu يُحَوْقَلُ şəklindədir.
| فَوْعَلَ Babı | Muzari | Mazi |
| Məlum | يُحَوْقِلُ | حَوْقَلَ |
| Məchul | يُحَوْقَلُ | حُوقِلَ |
فَوْعَلَ Babı
Emsile-i Muxtəlifə
| فَوْعَلَ | حَوْقَلَ |
| يُفَوْعِلُ | يُحَوْقِلُ |
| فَوْعَلَةً | حَوْقَلَةً |
| فِيعَالاً | حِيقَالاً |
| مُفَوْعِلٌ | مُحَوْقِلٌ |
| مُفَوْعَلٌ لَهُ | مُحَوْقَلٌ لَهُ |
| لَمْ يُفَوْعِلْ | لَمْ يُحَوْقِلْ |
| لَمَّا يُفَوْعِلْ | لَمَّا يُحَوْقِلْ |
| مَا يُفَوْعِلُ | مَا يُحَوْقِلُ |
| لاَ يُفَوْعِلُ | لاَ يُحَوْقِلُ |
| لَنْ يُفَوْعِلَ | لَنْ يُحَوْقِلَ |
| لِيُفَوْعِلْ | لِيُحَوْقِلْ |
| لاَ يُفَوْعِلْ | لاَ يُحَوْقِلْ |
| فَوْعِلْ | حَوْقِلْ |
| لاَ تُفَوْعِلْ | لاَ تُحَوْقِلْ |
| مُفَوْعَلٌ | مُحَوْقَلٌ |
| فَوْعَلَةً وَاحِدَةً | حَوْقَلَةً وَاحِدَةً |
| فَوْعَلَةً حَسَنَةً | حَوْقَلَةً حَسَنَةً |
| فُوَيْعِلَةُ | حُوَيْقِلَةٌ |
| فَوْعَلِيٌّ | حَوْقَلِيٌّ |
| أَحْسَنُ فَوْعَلَةً | أَحْسَنُ حَوْقَلَةً |
| مَا أَحْسَنَ فَوْعَلَتَهُ | مَا أَحْسَنَ حَوْقَلَتَهُ |
| أَحْسِنْ بِفَوْعَلَتِهِ | أَحْسِنْ بِحَوْقَلَتِهِ |