Mufa'ale مُفَاعَلَة 3-cü Bab
Mufa'ale babı quruluşuna görə qarşılıqlı hərəkət bildirir. Bu babdan gələn feilər qarşılıqlı edilən əməlləri ifadə edir. Sülasi mücərrəd bir feilə fa ul-feili ilə ayn ul-feili arasına bir elif əlavə etməklə bu babın keçmiş zaman formasını əldə edirik. Əvvəlcə lazım olan bir feil bu baba daxil olduqda müteaddi olur. Çünki edilən əməl qarşılıqlılıq səbəbilə bir məf'ula keçməli olur.
Bu qarşılıqlılıq bəzən birtərəfli ola bilər. Bu isə tərəflərdən birinin əməldən heç təsirlənmədiyi mənasına gəlir. Bu məna insanlar üçün keçərli olmasa da, Allah üçün işlədilən feilərdə keçərlidir. Bir toplum Allahın dininə qarşı müharibə apararkən, Allah da onlara qarşı müharibə aparır və onlara əzab verir. Lakin bu ortaq edilən əməldən Allah heç bir təsir almaz, çünki heç kim Allaha və ona aid olanlara zərər verə bilməz. Buna Məsələn olaraq قَاتَلَهُمْ اللهُ "Allah onları öldürdü" deyə bilərik. قَاتَلَ "qarşılıqlı döyüşdü" feilində Allah-Təala təsir altında qalan deyil. Bu da mufa'ale babından gələn ortaqlıq mənasında birtərəfli istifadə formasıdır.
İndi mufa'ale babından keçmiş, indiki və əmr (hazır əmr, qeyib əmr) şəkillərini məlum formada verək;
| Cəmi | Təsniyə | Müfrəd | Zamirler |
|
كَاتَبُوا Onlar yazışdılar |
كَاتَبَا O ikisi yazışdı |
كَاتَبَ O yazışdı |
Müzekker Qayıb |
|
كَاتَبْنَ Onlar yazışdılar |
كَاتَبَتَا O ikisi yazışdı |
كَاتَبَتْ O yazışdı |
Müənnəs Qayıbə |
|
كَاتَبْتُمْ Siz yazışdınız |
كَاتَبْتُمَا İkiniz yazışdınız |
كَاتَبْتَ Sən yazışdın |
Müzekker Xitab |
|
كَاتَبْتُنَّ Siz yazışdınız |
كَاتَبْتُمَا İkiniz yazışdınız |
كَاتَبْتِ Sən yazışdın |
Müənnəs Xitaba |
|
كَاتَبْنَا Biz yazışdıq |
Nəfs-i Müt. Meal Qeyr |
كَاتَبْتُ Mən yazışdım |
Nəfs-i Mütəkəllim Vahdə |
| Cəmi | Təsniyə | Müfrəd | Zamirler |
|
يُكَاتِبُونَ Onlar yazışırlar |
يُكَاتِبَانِ O ikisi yazışır |
يُكَاتِبُ O yazışır |
Müzekker Qayıb |
|
يُكَاتِبْنَ Onlar yazışırlar |
تُكَاتِبَانِ O ikisi yazışır |
تُكَاتِبُ O yazışır |
Müənnəs Qayıbə |
|
تُكَاتِبُونَ Siz yazışırsınız |
تُكَاتِبَانِ İkiniz yazışırsınız |
تُكَاتِبُ Sən yazışırsan |
Müzekker Xitab |
|
تُكَاتِبْنَ Siz yazışırsınız |
تُكَاتِبَانِ İkiniz yazışırsınız |
تُكَاتِبِينَ Sən yazışırsan |
Müənnəs Xitaba |
|
نُكَاتِبُ Biz yazışırıq |
Nəfs-i Müt. Meal Qeyr |
أُكَاتِبُ Mən yazışıram |
Nəfs-i Mütəkəllim Vahdə |
| Cəmi | Təsniyə | Müfrəd | Zamirler |
|
كَاتِبُوا Siz yazışın |
كَاتِبَا İkiniz yazışın |
كَاتِبْ Sən yazış |
Müzekker Xitab |
|
كَاتِبْنَ Siz yazışın |
كَاتِبَا İkiniz yazışın |
كَاتِبِي Sən yazış |
Müənnəs Xitaba |
| Cəmi | Təsniyə | Müfrəd | Zamirler |
|
لِيُكَاتِبُوا yazışsınlar |
لِيُكَاتِبَا İkisi yazışsın |
لِيُكَاتِبْ O yazışsın |
Müzekker Qayıb |
|
لِيُكَاتِبْنَ yazışsınlar |
لِتُكَاتِبَا İkisi yazışsın |
لِتُكَاتِبْ O yazışsın |
Müənnəs Qayıbə |
*Qalan bütün emsile-i muxtelife şəkilləri gələcəkdə əlavə olunacaq "Təsrifat" adlı dərsin altında yer alacaqdır.