Mufa'ale مُفَاعَلَة Babı
Əvvəllər sülasi mücərrəd mazi olan bir feilinin fa ul-feili ilə ayn ul-feili arasına bir elif əlavə olunması ilə 4 hərf üzərində olması həmin feilinin mufaale babına daxil olması deməkdir. Beləliklə, mazi feilimiz فَاعَلَ vəznində olur. İndi isə muzari və məsdər formalarına baxaq;
| Mövzun | Vəzn | Bablar |
|
كَتَبَ yazdı |
فَعَلَ | Sülasi Mücərrəd Mazi |
|
كَاتَبَ yazışdı |
فَاعَلَ | Mufaale Babı Mazi |
|
يُكَاتِبُ yazışır |
يُفَاعِلُ | Mufaale Babı Muzari |
|
مُكَاتَبَةً yazışmaq |
مُفَاعَلَةً | Mufaale Babı Məsdər |
|
كِيتَابًا yazışmaq |
فِيعَالاً | Mufaale Babı Məsdər 2 |
|
كِتَابًا yazışmaq |
فِعَالاً | Mufaale Babı Məsdər 3 |
Əvvəllər sülasi mücərrəd olan mazi bir feil bu baba daxil olduqda mənasında qarşılıqlılıq, ortaq iştirak ortaya çıxır. Bu ortaq iştirak iki nəfər arasında ola biləcəyi kimi iki toplum arasında da mümkündür. Məsələn, "yazdı" feili "yazışdı" olduqda başa düşürük ki, bir nəfər digərinə yazdı, o biri də ona yazdı, yəni yazmaq əməli qarşılıqlı şəkildə baş verdi.
İndi isə Mufaale babından müxtəlif nümunələri araşdıraq;
|
مُفَاعَلَة Babına Aid Müxtəlif Nümunələr |
|
Vəzn -mazi- mövzun |
فَاعَلَ Döyüşdü ضَارَبَ |
|
Vəzn -muzari- mövzun |
يُفَاعِلُ Döyüşür يُضَارِبُ |
|
Vəzn -məsdər- mövzun |
مُفَاعَلَةً Döyüşmək مُضَارَبَةً |
|
Vəzn -ism-i fail- mövzun |
مُفَاعِلٌ Döyüşçü مُضَارِبٌ |
|
Vəzn -ism-i meful- mövzun |
مُفَاعَلٌ Döyülmüş مُضَارَبٌ |
|
Vəzn -cahd-ı mutlaq- mövzun |
لَمْ يُفَاعِلْ Döyüşmədi لَمْ يُضَارِبْ |
|
Vəzn -cahd-ı mustağrak- mövzun |
لَمَّا يُفَاعِلْ Hələ döyüşmədi لَمَّا يُضَارِبْ |
|
Vəzn -nefy-i hal- mövzun |
مَا يُفَاعِلُ Döyüşmür مَا يُضَارِبُ |
|
Vəzn -nefy-i istikbal- mövzun |
لاَ يُفَاعِلْ Döyüşməyəcək لاَ يُضَارِبْ |
|
Vəzn -təkid-i nefy-i istikbal- mövzun |
لَنْ يُفَاعِلَ Heç vaxt döyüşməyəcək لَنْ يُضَارِبَ |
|
Vəzn -əmr-i qayıb- mövzun |
لِيُفَاعِلْ Döyüşsün لِيُضَارِبْ |
|
Vəzn -nehy-i qayıb- mövzun |
لاَ يُفَاعِلْ Döyüşməsin لاَ يُضَارِبْ |
|
Vəzn -əmr-i hazır- mövzun |
فَاعِلْ Döyüş ضَارِبْ |
|
Vəzn -nehy-i hazır- mövzun |
لاَ تُفَاعِلْ Döyüşmə! لاَ تُضَارِبْ |
|
Vəzn -məsdar-ı mimi- mövzun |
مُفَاعَلٌ Döyüşmək مُضَارَبٌ |
|
Vəzn -məsdar-ı mərre- mövzun |
مُفَاعَلَةً وَاحِدَةً Bir dəfə döyüşmə مُضَارَبَةً وَاحِدَةً |
|
Vəzn -məsdar-ı növ- mövzun |
مُفَاعَلَةً شَدِيدَةً Şiddətli döyüşmə مُضَارَبَةً شَدِيدَةً |
|
Vəzn -ism-i təsğir- mövzun |
مُفَيْعِلَةٌ Kiçik döyüş مُضَيْرِبَةٌ |
|
Vəzn -ism-i mənsub- mövzun |
مُفَاعَلِيٌّ Döyüşə aid مُضَارَبِيٌّ |
|
Vəzn -ism-i təfdil- mövzun |
أَشَدُّ مُفَاعَلَةً Ən şiddətli döyüşən أَشَدُّ مُضَارَبَةً |
|
Vəzn -fiil-i təəccüb ül-əvvəl- mövzun |
مَا أَشَدَّ مُفَاعَلَتَهُ Nə şiddətli döyüşdü مَا أَشَدَّ مُضَارَبَتَهُ |
|
Vəzn -fiil-i təəccüb üs-sani- mövzun |
أَشْدِدْ بِمُفَاعَلَتِهِ Nə şiddətli döyüşdü أَشْدِدْ بِمَضَارَبَتِهِ |
|
Vəzn -məsdər- mövzun "Döymək" |
فِيعَالاً ضِيرَابًا فِعَالاً ضِرَابًا |