10. Təkid Nünlü Muzari
Muzari feilinin sonuna mənanı gücləndirmək, möhkəmləndirmək üçün bir təkid nunu əlavə olunur. Bu təkid nunu şəddəli olduqda nun-u müşəddədə, şəddəsiz olduqda isə nun-u müxəffəfə adlanır. Bu təkid nunu əmr fellərinə də qoşula bilər. Təkid nunu həmişə fətha üzərində məbnidir.
| Nun-u Müşəddədə "Şəddəli Nun" qoşulan Muzari Feil | |||
| Cəmi | Təsniyə | Müfrəd | Zamirlər |
| لَيَفْعَلُنَّ | لَيَفْعَلَانِّ | لَيَفْعَلَنَّ | Müzekker Qayıb |
| لَيَفْعَلْنَانِّ | لَتَفْعَلَانِّ | لَتَفْعَلَنَّ | Müənnəs Qayıbə |
| لَتَفْعَلُنَّ | لَتَفْعَلَانِّ | لَتَفْعَلَنَّ | Müzekker Xitab |
| لَتَفْعَلْنَانِّ | لَتَفْعَلَانِّ | لَتَفْعَلِنَّ | Müənnəs Xitaba |
| لَنَفْعَلَنَّ | Nəfs-i Müt. Meal Qeyr | لَأَفْعَلَنَّ | Nəfs-i Mütəkəllim Vahdə |
*Muzari feilinin sonuna təkid nunu əlavə olunduqda əvvəlinə də bir əmr lamı əlavə olunur.
لَأَفْعَلَنَّ بِهَذَا
Bunu mütləq edəcəyəm. "edirəm, edəcəyəm"
| Nun-u Müxəffəfə "Şəddəsiz Nun" qoşulan Muzari Feil | |||
| Cəmi | Təsniyə | Müfrəd | Zamirlər |
| لَيَفْعَلُنْ | - | لَيَفْعَلَنْ | Müzekker Qayıb |
| - | - | لَتَفْعَلَنْ | Müənnəs Qayıbə |
| لَتَفْعَلُنْ | - | لَتَفْعَلَنْ | Müzekker Xitab |
| - | - | لَتَفْعَلِنْ | Müənnəs Xitaba |
| لَنَفْعَلَنْ | Nəfs-i Müt. Meal Qeyr | لَأَفْعَلَنْ | Nəfs-i Mütəkəllim Vahdə |
Nun-u müxəffəfə təsniyə və cəmi müənnəs şəkillərində muzari feilinin sonuna qoşulmur.
لَأَفْعَلَنْ بِهَذَا
Bunu mütləq edəcəyəm. "edirəm, edəcəyəm"
*Muzari feilinin gələcək zamana da aid olduğu qeyd edildiyindən, feilə görə məna verə bilərik.