8. Mazi Feli
Mazi feiləri fətha üzərində məbnidir. Aşağıdakı cədvəldə sülasi mücərrəd bir bab üçün feil formaları veriləcək, amma bilin ki, əksam-ı səmaniyyəyə aid olan bütün feilərin mazi formaları bu cədvələ əsasən vəzinləndikdə sonluqları fətha üzərində məbnidir. Mazi feil istər məlum olsun, istər məchul olsun, bu hal dəyişmir. Amma muzari feilər murebt olur.
*Mazi feilərə hərəkəli olan mərfu bir zamir "تُ və ya ِتَ və ya تُمَا və ya نَا və cəmi müənnəs nunu və ya تُنَّ kimi" qoşularsa, o halda mazi feilər sükun üzərində məbni olurlar.
*Mazi feilərə cəmi müzəkkər vavı "وا kimi" qoşularsa, o halda mazi feil dammə üzərində məbni olur.
| Cəmi | Təsniyə | Müfrəd | Zamirlər |
| عَلِمُوا | عَلِمَا | عَلِمَ | Müzəkkər Qayıb |
| عَلِمْنَ | عَلِمَتَا | عَلِمَتْ | Müənnəs Qayıbə |
| عَلِمْتُمْ | عَلِمْتُمَا | عَلِمْتَ | Müzəkkər Xitab |
| عَلِمْتُنَّ | عَلِمْتُمَا | عَلِمْتِ | Müənnəs Xitaba |
| عَلِمْنَا | Nəfs-i müt. meal ğeyr | عَلِمْتُ | Nəfs-i mütəkəllim vəhdə |
عَلِمَ زَيْدٌ السُّؤَالَ
Zeyd sualı bildi
زَيْدٌ فَتَحَ الْبَابَ
Zeyd qapını açdı
هَلْ شَرِبَ زَيْدٌ الْمَاءَ؟
Zeyd suyu içdi mi?
كَتَبْتُ الرِّسَالَةَ
Məktubu yazdım
قُلْتُ لَكَ
Sənə dedim
قَتَلُوا النَّاسُ الْحَيَوَانَ
İnsanlar heyvanları öldürdü
أَكْرَمَ زَيْدٌ عَمْرًا
Zeyd Amra ikram etdi
سَلَّمَ زَيْدٌ عَلَيْكَ
Zeyd sənə salam verdi
كَاتَبَ زَيْدٌ عَمْرًا
Zeyd Amr ilə yazışdı
إِنْكَسَرَ الزُّجَاجُ
Şüşə sındı
إِجْتَمَعَ زَيْدٌ الْمَالَ
Zeyd malı topladı
إِحْمَرَّ رَجُلٌ
Kişi qızardı
تَكَلَّمُوا النَّاسُ بِالْحَيَوَانِ
İnsanlar heyvanlarla danışdılar
تَبَاعَدَ زَيْدٌ وَ عَمْرٌو
Zeyd və Amr bir-birlərindən uzaqlaşdılar
Qeyd: Müənnəs təsniyə feilərdə sonu sakin olan ta-i müənnəsə bir elif hərfi əlavə olunur. نَصَرَتْ "o qadın kömək etdi" ikən, bir elif əlavə olunduqda təsniyə halında əslində نَصَرَتْا şəklində olur, amma biz elifə görə fətha hərəkəsini ta-i müənnəsəyə veririk və نَصَرَتَا kimi təsniyə edirik. Yəni təsniyə müənnəs qayıbə feiləri sükun üzərində məbnidir. Fəthalı ta-i müənnəs bizi çaşdırmasın.