Əsmâ-i Həmsə və Beş isim
Ref halında sonuna vav, nəsb halında sonuna elif və cərr halında isə sonuna ya hərfi alan isimlərdir. Bu isimlər Müfrəd kimi istifadə olunduqda belə irablanır. İsm-i təsğir olduqda və ya mütəkəllim ya'sı əlavə olunduqda belə irab almırlar.
| Əsma-i Xəmsə | |
| Ata | أَبٌ |
| Qardaş | أَخٌ |
| Qayınata | حَمٌ |
| Ağız | فُو |
| Sahib | ذُو |
جَاءَ أَبُوكَ
Atan gəldi
رَأَيْتُ أَبَاكَ
Atanı gördüm
مَرَرْتُ بِأَبِيكَ
Atana baş çəkdim
جَاءَ أَخُوكَ
Qardaşın gəldi
رَأَيْتُ أَخَاكَ
Qardaşını gördüm
مَرَرْتُ بِأَخِيكَ
Qardaşına baş çəkdim
جَاءَ حَمُوكَ
Qayınatan gəldi
رَأَيْتُ حَمَاكَ
Qayınatanı gördüm
مَرَرْتُ بِحَمِيكَ
Qayınatana baş çəkdim
جَاءَ ذُو الْمَالِ
Mal sahibi gəldi
رَأَيْتُ ذَا الْمَالِ
Mal sahibini gördüm
مَرَرْتُ بِذِي الْمَالِ
Mal sahibinə baş çəkdim
فُوكَ كَبِيرٌ
Ağzın böyüktür
رَأَيْتُ فَاكَ
Ağzını gördüm
وَضَعْتَ عَلِى فِيكِ لَحْمًا
Ağzına ət qoydun