Muzari Fel 3

*Muzari feilinin əvvəlinə cəhd-i mutlaq "qəti inkar" edatı olan لَمْ "lem" gəldikdə, muzari feilinin sonu cəzm olunur və mənası keçmiş zamana çevrilərək inkar mənası verir.

لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ

Doğmadı və doğurulmadı

أَ لَمْ أَقُلْ لَكُمْ

Sizə demədimmi

لَمْ يَنْظُرْ وَ لَمْ يَكْتُبْ

Baxmadı və yazmadı

نَظَرَ إِلَى بِيْتِهِ لَكِنْ لَمْ يَدْخُلْ

Evə baxdı amma girmədi

لَمْ أَفْعَلْ بِهَذَا

Bunu mən etmədim

*Muzari feilinin əvvəlinə cəhd-i mustağraq "qeyri-müəyyən inkar" edatı olan لَمَّا "lemma" gəldikdə, muzari feilinin sonu cəzm olunur və mənası keçmiş zamana çevrilərək inkar mənası verir. Cəhd-i mutlaq "qəti inkar" edatı olan لَمْ "lem" ilə fərqi, əməlin hələ baş verməməsidir.

لَمَّا يَلِدْ وَ لَمَّا يُولَدْ

Hələ doğmadı və doğurulmadı

أَ لَمَّا أَقُلْ لَكُمْ

Hələ sizə demədimmi

لَمَّا يَنْظُرْ وَ لَمَّا يَكْتُبْ

Hələ baxmadı və yazmadı

نَظَرَ إِلَى بِيْتِهِ لَكِنْ لَمَّا يَدْخُلْ

Evə baxdı amma hələ girmədi

لَمَّا أَفْعَلْ بِهَذَا

Bunu hələ etməmişəm

*Muzari feilinin əvvəlinə nəfy-i hal "indiki zamanın inkarı" edatı olan مَا "ma" gəldikdə, muzari feil indiki zamanın inkarını bildirir.

مَا يَلِدُ وَ مَا يُولَدُ

Doğmur və doğurulmur

أَ مَا أَقُولُ لَكُمْ

Sizə demirəmmi

مَا يَنْظُرُ وَ مَا يَكْتُبُ

Baxmır və yazmır

يَنْظُرُ إِلَى بِيْتِهِ لَكِنْ مَا يَدْخُلُ

Evə baxır amma girmir

مَا أَفْعَلُ بِهَذَا

Bunu mən etmirəm

*Muzari feilinin əvvəlinə nəfy-i istiqbal "gələcək zamanın inkarı" edatı olan لاَ "la" gəldikdə, muzari feil gələcək zamanın inkarını bildirir.

لاَ يَلِدُ وَ لاَ يُولَدُ

Doğmayacaq və doğurulmayacaq

أَ لاَ أَقُولُ لَكُمْ

Sizə deməyəcəyəmmi

لاَ يَنْظُرُ وَ لاَ يَكْتُبُ

Baxmayacaq və yazmayacaq

يَنْظُرُ إِلَى بِيْتِهِ لَكِنْ لاَ يَدْخُلُ

Evə baxır amma girməyəcək

لاَ أَفْعَلُ بِهَذَا

Bunu mən etməyəcəyəm

*Muzari feilinin əvvəlinə təkid-i nəfy-i istiqbal "gələcək zamanın qəti inkarı" edatı olan لَنْ "len" gəldikdə, muzari feil gələcək zamanın inkarını bildirir və son hərfinin hərəkəsi fətəli olur.

لَنْ يَلِدَ وَ لَنْ يُولَدَ

Heç vaxt doğmayacaq və doğurulmayacaq

أَ لَنْ أَقُولَ لَكُمْ

Heç vaxt sizə deməyəcəyəmmi

لَنْ يَنْظُرَ وَ لَنْ يَكْتُبَ

Heç vaxt baxmayacaq və yazmayacaq

يَنْظُرُ إِلَى بِيْتِهِ لَكِنْ لَنْ يَدْخُلَ

Evə baxır amma heç vaxt girməyəcək

لَنْ أَفْعَلَ بِهَذَا

Bunu heç vaxt etməyəcəyəm

*Muzari feilinin əvvəlinə əmr-i qayıb (lam ul-əmir) "3-cü şəxslərə əmr" edatı olan لِ "li" gəldikdə, muzari feil əmr bildirir və son hərfinin hərəkəsi cəzm olunur. Bu forma yalnız kişi üçün O, O ikisi, Onlar (müzekkər qayıb şəxslər) və qadın üçün O, O ikisi, Onlar (müənnəs qayıbə şəxslər) zamirlərə aiddir.

لِيَلِدْ وَ لِيُولَدْ

Doğsun və doğurulsun

لِيَقُلْ لَكُمْ

Sizə desin

لِيَنْظُرْ وَ لِيَكْتُبْ

Baxsın və yazsın

لِيَنْظُرْ إِلَى بِيْتِهِ وَ لِيَدْخُلْ

Evə baxsın və girsin

لِيَفْعَلْ بِهَذَا

Bunu etsin

*Muzari feilinin əvvəlinə nəhy-i qayıb (lam un-nehyi) "3-cü şəxslərə qadağa" edatı olan لاَ "la" gəldikdə, muzari feil 3-cü şəxslərə qadağa bildirir və son hərfinin hərəkəsi cəzm olunur. Bu forma yalnız kişi üçün O, O ikisi, Onlar (müzekkər qayıb şəxslər) və qadın üçün O, O ikisi, Onlar (müənnəs qayıbə şəxslər) zamirlərə aiddir. Bu edatı nəfy-i istiqbal edatı olan لاَ "la" ilə qarışdırmaq olmaz. Nəfy-i istiqbal لاَ "la"sı muzari feilinin sonunu dəyişmir, amma nəhy-i qayıb لاَ "la"sı muzari feilinin son hərəkəsini cəzm edir.

لاَ يَلِدْ وَ لاَ يُولَدْ

Doğmasın və doğurulmasın

لاَ يَقُلْ لَكُمْ

Sizə deməsin

لاَ يَنْظُرْ وَ لاَ يَكْتُبْ

Baxmasın və yazmasın

لاَ يَنْظُرْ إِلَى بِيْتِهِ وَ لاَ يَدْخُلْ

Evə baxmasın və girməsin

لاَ يَفْعَلْ بِهَذَا

Bunu etməsin

*Muzari feilinin əvvəlinə nəhy-i hazır "2-ci şəxslərə qadağa" edatı olan لاَ "la" gəldikdə, muzari feil inkar əmr bildirir və son hərfinin hərəkəsi cəzm olunur. Bu forma yalnız kişi üçün Sən, Siz ikiniz, Sizlər (müxatab qayıb şəxslər) və qadın üçün Sən, Siz ikiniz, Sizlər (müənnəs müxataba şəxslər) zamirlərə aiddir.

لاَ تَلِدْ وَ لاَ تُولَدْ

Doğma və doğurulma

لاَ تَقُلْ

Demə

لاَ تَنْظُرْ وَ لاَ تَكْتُبْ

Baxma və yazma

لاَ تَنْظُرَا إِلَى بِيْتِكُمَا وَ لاَ تَدْخُلَا

İkiniz evinizə baxmayın və girməyin

لاَ تَنْصُرْ بِهِ

Ona kömək etmə

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Sarf Bilikləri › Muzari Fel 3
🎓
Xoş gəldiniz! Sual soruşun!