İki tələbə arasında

اَلطَّالِبُ الْأَوَّلُ: مَتَى يَبْدَأُ الْدَّرْسُ؟

Birinci Tələbə: Dərs nə vaxt başlayır?

اَلطَّالِبُ الثَّانِيُّ: يَبْدَأُ فِي الثَّامِنَةِ

İkinci Tələbə: Saat səkkizdə başlayır

اَلطَّالِبُ الْأَوَّلُ: وَ مَتَى يَنْتَهَى؟

Birinci Tələbə: Bəs dərs nə vaxt bitir?

اَلطَّالِبُ الثَّانِيُّ: يَنْتَهَى فِي التَّاسِعَةِ وَ النِّصْفِ

İkinci Tələbə: Saat doqquz yarıda bitir

اَلطَّالِبُ الْأَوَّلُ: إِذَنْ يَسْتَغْرِقُ الْدَّرْسُ سَاعَةً وَ نِصْفٍ. وَ مَاذَا نَفْعَلُ بَعْدَ ذَلِكَ؟

Birinci Tələbə: Deməli dərs bir saat yarım davam edir. Dərsdən sonra nə edək?

اَلطَّالِبُ الثَّانِيُّ: عِنْدَنَا اِسْتِرَاحَةٌ مِنَ التَّاسِعَةِ وَ النِّصْفِ إِلَى الْعَاشِرَةِ، ثُمَّ نَذْهَبُ إِلَى الْمُخْتَبَرِ بَعْدَ ذَلِكَ

İkinci Tələbə: Doqquz yarıdan (09:30) ona (10:00) kimi istirahətimiz var. Sonra laboratoriyaya gedirik.

اَلطَّالِبُ الْأَوَّلُ: هَلْ سَنَذْهَبُ إِلَى الْبَيْتِ بَعْدَ الْمُخْتَبَرِ؟

Birinci Tələbə: Laboratoriyadan sonra evə gedəcəyikmi?

اَلطَّالِبُ الثَّانِيُّ: لاَ، لَنْ نَذْهَبَ إِلَى الْبَيْتِ، سَوْفَ نَرْجِعُ إِلَى الصَّفِّ مَرَّةً ثَانِيَةً لِمُدَّةِ سَاعَةٍ وَ نِصْفٍ لِلدِّرَاسَةِ. وَ بَعْدَ الظُّهْرِ سَنَذْهَبُ إِلَى الْمَكْتَبَةِ لِلْقِرَاءَةِ

İkinci Tələbə: Xeyr, getməyəcəyik. Bir saat yarımlıq dərs üçün sinfə ikinci dəfə qayıdacağıq və günortadan sonra kitabxanaya oxumağa gedəcəyik.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Danışıq › İki tələbə arasında
🎓
Xoş gəldiniz! Sual soruşun!