1. Əsla Mamul Olmayan Sözlər
اَلْقِسْمُ الْأَوَّلُ؛ مَا لاَ يَكُونُ مَعْمُولاً أَصْلاً. وَ هُوَ اِثْنَانِ
اَلْقِسْمُ الْأَوَّلُ؛ Tərkibdə olan sözlərin birinci hissəsi; مَا elədir ki, لاَ يَكُونُ olmur, مَعْمُولاً bir mamul, أَصْلاً əsla. وَ هُوَ اِثْنَانِ və o iki dənədir.
Mətnin Ümumi Mənası: Tərkibdə olan sözlərin 3 hissəsindən birincisi əsla mamul olmayan sözlərdir. Bu sözlər də 2 hissəyə bölünür.