Lem və Lemma

وَ هِيَ لَمْ وَ لَمَّا، لِنَفْىِ الْمَاضِى

Bir fiili muzariyi cezm eden edatların ilk ikisi; lem ve lemma’dır. Bu lem ve lemma mazi fiilden hökmü nefy edir. Önlerine gelen muzari fiil maziyə mənfi halda dönür. Misal; لم يَلِدْ “doğmadı” və لما يَنْصُرْ “hələ yardım etməyib” kimi.

Lem ilə Lemma'nın Fərqi; Bir Mureb fiili muzariyi cezm edən lem və lemma edatları, muzari olan önlərindəki fiilləri, mazi zamana çevirib hadisələrini nefy edərək ortaq mənada birləşirlər. Lakin fərqləndikləri yönləri də var. 5 məsələdə lem və lemma bir-birindən ayrılır.

1. Məsələ: lem sözünün cezm etdiyi muzari fiil üzərinə şərt edatı daxil ola bilər, amma lemma sözünün cezm etdiyi muzari fiil üzərinə şərt edatı daxil ola bilməz. Misal; إِنْ لم تَقُمْ أَقُمْ “Əgər qalxmasan, mən də qalxmaram” misalı uyğundur. إِنْ لما تَقُمْ أَقُمْ belə bir tərkib qurula bilməz.

Başqa misal; يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لم تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ “Ey Rəsul! Rəbbindən sənə nazil olanı təbliğ et. Əgər bunu etməsən, o halda Onun risalətini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir qövmə hidayət verməz” ayəsində olduğu kimi. Maidə surəsi 67-ci ayə.

2. Məsələ: Lemma sözünün cezm etdiyi fiili muzari hadisəsinin mənfiliyinin hal zamanına qədər, yəni lemma daxil olana qədər şərtdir. Bu lem üçün şərt deyil. Misal; لم يَكونْ ثُمَّ كانَ “olmadı, sonra oldu” kimi. لما يَكونْ ثُمَّ كانَ bu tərkib deyilə bilməz. Yəni lem edatı muzari fiilin önünə gəlir və mazi halına çevirib nefy edir. Bu nefy halı yenə muzari mənada davam etməlidir. Lemma-da bu olmaz. Lem-də olur. Misal; قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنْ بِدُعَائِكَ رَبِّ شَقِيًّا Zəkəriyyə peyğəmbər: “Rəbbim, həqiqətən mən zəiflədim və sümüklərim də zəifləyib, başım, saçlarım ağarıb. Rəbbim, mən Sənə dua edərək bədbəxt olmamışam.” dedi.

3. Məsələ: Lemma sözünün daxil olduğu fiili muzari hadisəsinin mənfiliyinin hal zamanına yaxın olması şərtdir. Yəni lemma sözünün cezm etdiyi fiili muzari hadisəsinin, lemma sözünün daxil olduğu tərkibin tələffüz edildiyi zamana yaxın bir vaxtda nefy edilib, bu mənfiliyin hal zamanına qədər davam etməsi şərtdir. Bu lem üçün şərt deyil. Misal; لم يكونْ زيدٌ فى العَامِ الماضى مُقِيمًا “Zeyd keçən il iqamət etməmişdi” deyilə bilər. لما يكونْ زيدٌ فى العَامِ الماضى مُقِيمًا deyilə bilməz.

4. Məsələ: Lemma sözünün nefy etdiyi fiili muzari hadisəsinin baş verməsi, gözlənilən bir hadisə olması şərtdir. Lem üçün şərt deyil. Misal; بَلْ لما يَذُوقُوا عَذَابِ “xeyr, onlar mənim əzabımı hələ dadmayıblar” ayəsi. Sad surəsi 8-ci ayə.

5. Məsələ: Lemma sözünün cezm etdiyi fiili muzari, ona dəlalət edəcək bir karinə olduqda hazf edilə bilər. Lem üçün caiz deyil. Misal; صَلْتُ إلى بَغْدَادَ و لما (yəni və لما أَدْخُلْهَا) “Bağdada çatdım, hələ ora girməmişəm” deyilə bilər.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Lem və Lemma
🎓
Xoş gəldiniz! Sual soruşun!