44. İsm-i Məvsul

İsmi mevsul'un Azərbaycan dilində qarşılığı əlaqə əvəzliyidir. İsmi mevsul iki cümləni bir-birinə bağlayır və sonradan gələn cümlə birinci cümlənin mənasını tamamlayır. İsmi mevsuldan sonra gələn cümləyə sıla cümləsi deyilir. Bu sıla cümləsində aid adlanan bir əvəzlik var ki, o da ismi mevsula qayıdır.

رَأَيْتَهُ أَلَّذِي الرَّجُلُ ذَهَبَ
sıla cümləsi ism-i mevsul fail fel
Gördüyün adam getdi

Yuxarıdakı cümlədə أَلَّذِي ismi mevsuldur və ondan sonra gələn رَأَيْتَهُ cümləsi isə sıla cümləsidir. رَأَيْتَهُ  yəni sıla cümləsindəki هُوَ əvəzliyi ismi mevsul olan أَلَّذِي -yə qayıdır. 

İsmi mevsullar
ağıllı və qeyri-ağıllılar üçün Tək İki Cəm
Müzekker أَلَّذِي أَلَّذَانِ أَلَّذِينَ
Müənnəs أَلَّتِي أَلَّتَانِ أَلَّوَاتِي
Yalnız ağıllılar üçün مَنْ
Heyvan və cansızlar üçün مَا
İnsan, heyvan və cansızlar üçün أَيٌّ - أَيَّةٌ

وَ هُوَ ألَّذِي مَدَّ الْأَرْضَ وَ جَعَلَ فِيهَا رَوَاسِيَ وَ اَنْهَارًا

o ki yer üzünü uzatdı və orada dağlar və çaylar yaratdı

وَ مَرْيَمَ ابْنَةَ عِمْرَانَ أَلَّتِي اَحْصَنَتْ فَرْجَهَا

İmranın qızı Məryəm ki namusunu qorudu

وَ قَالَ أَلَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا

İnkar edən kəslər, iman edən kəslərə dedilər ki

رَبَّنَا أَرِنَا اللَّذَيْنِ أَضَلَّانَا

Rəbbimiz bizi azdıran o iki nəfəri (göstər)

يَقُولُ الطِّفْلُ مَا لاَ يَفْعَلُ

Uşaq etmədiyi (şeyi) deyir

وَ مِنْهُمْ مَنْ يَسْتَمِعُونَ إِلَيْكَ

Və onlardan səni eşidən kəslər

يَحْتَرِمُ الطَّالِبُ مَنْ عَلَّمَهُ

Tələbə ona öyrədən kəsə hörmət edir

نَعْلَمُ أَيُّهُمْ شُجَاعٌ

Onlardan hansının cəsarətli olduğunu bilirik

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcə Dərsləri › 44. İsm-i Məvsul
🎓
Xoş gəldiniz! Sual soruşun!