Sərf - Nahiv Terminləri
alem: xüsusi ad
belâgat: məramın yaxşı, düzgün və sənətli sözlərlə ifadəsi
câmid fiil: (donuq feil) yalnız bir zamanı və ya bir/neçə şəxsi olan feil
câmid: heç bir sözdən törəməyən isim
câr: önünə gəldiyi ismin sonunu kəsralı edən (hərf-i cər)
cemi müennes sâlim: dişi cəm (müfrəd-müənnəs sözün sonuna آت əlavə etməklə düzəlir)
cemi mükesser: qırıq cəm (sözün müfrədində dəyişiklik etməklə əldə olunur)
cemi müzekker sâlim: kişi cəm (müfrəd-müzəkkər sözün sonuna ون əlavə etməklə düzəlir)
cemi: 3 və ya daha çox varlığa işarə edən isim
cer / mecrur: son hərfinin hərəkəsi əsrə/kəsra olan söz (hərf-i cərli isim, m.ileyh...)
ecvef fiil: əsli hərflərindən ortadakı illət hərfi olan (elif, vav, ya) feil
emir: bir işin görülməsini istəmək
fâil: mübtəda (feil cümləsində bu adla tanınır)
fiil: zamana və şəxsə bağlı olaraq bir işi və ya halı bildirən söz (mazi, muzari/istikbal, əmr)
gâib: üçüncü şəxs (yanımızda və qarşımızda olmayan müzəkkər)
gâibe: üçüncü şəxs (yanımızda və qarşımızda olmayan müənnəs)
gayr-ı mutasarrıf: çəkim qəbul etməyən isim
gayru’l-munsarıf: sonuna kəsra və tənvin qəbul etməyən, kəsra yerinə fətha ilə mecrur olan isim (memnû mine’s-sarf da deyilir)
haber: mübtədanın halı barədə məlumat verən söz, cümlə və ya şibh cümlə
hakikî və ya lafzî müzekker: kişi (ər) varlıqlara işarə edən sözlər
hakikî, lafzî və ya semaî müennes: dişi (dişil) varlıqlara işarə edən sözlər
harf: tək başına məna ifadə etməyən, isim və feil ilə birlikdə məna daşıyan söz
harf-i med: uzadan hərflər
harf-i târif: isimlərin başına gələn müəyyənlik ədatıdır (ال), sözün sonundakı tənvini düşürür
hemze: hərəkəli elif (hərəkəsi yoxdursa, uzadan elifdir)
humâsî: beş hərfli (sülasi feilə iki hərf / rubai mücərrəd feilə bir hərf əlavə etməklə)
i‘rab: sözün sonunda hərf və hərəkə dəyişməsi
ibdâl: bir hərfin yerinə başqa bir hərf gətirmək, dəyişdirmək
idgâm: eyni iki hərf yanaşı gəldikdə, asan oxumaq və yazmaq üçün bu iki hərfi bir hərf kimi yazıb şəddələmək
isim: zamana bağlı olmadan tək başına məna daşıyan söz
ism-i fâil: feili edən şəxs
ism-i maksûr: sonunda elif-i maksûre (ي şəklində yazılmış elif) olan və sondan əvvəlki hərfinin hərəkəsi fətha olan isim
ism-i mef’ul: failin feili ilə təsirlənən şəxs və ya obyekt
ism-i memdûd: son hərfi hemze və ondan əvvəlki hərfi əlavə elif olan isim
ism-i menkûs: son hərfi ي olan və sondan əvvəlki hərfinin hərəkəsi kəsra olan isim
ism-i mensûb: bir yerə, ailəyə, peşəyə, dinə və ya məzhəbə və ya hər hansı bir şeyə mənsub olmanı bildirən, isimdən törəmiş və sonu (mâqabli məksur) "iki yâ" ilə bitən isim
ism-i tafdîl: (üstünlük sifəti) rəng, forma və qüsura işarə etməyən, xüsusiyyətləri və keyfiyyətləri eyni olan iki şeyi müqayisə edən və ya bir varlıqda olan bir xüsusiyyətin başqalarından üstün olduğunu göstərən isim (feildən törəyir)
ism-i tasgir: (kiçiltmə ismi) kiçiklik və azlıq, sevgi və ya xor baxmaq ifadə etmək üçün işlədilən isim (isimdən törəyir)
ism-i zaman və məkan: bir feilin baş verdiyi yeri və zamanı bildirən isim (feildən törəyir)
izâfet: isim birləşməsi (bir ismin başqa bir ismə nisbət edilməsi) (muzaf və muzafun ileyh-dən ibarətdir)
izhâr: eyni iki hərf yanaşı gəldikdə, şəddə qoymadan ayırmaq
lâzım fiil: keçidsiz feil (failin etdiyi iş öz üzərində qalan; kimi, kimə, nəyi, nəyə kimi suallara ehtiyac yaratmayan feil) (məf’ulun bih-i yalnız hərf-i cər vasitəsilə alır)
lefif fiil: əsli hərflərindən ikisi illət hərfi olan feil
ma’lûm fiil: işi edən bəlli olan, faili qeyd olunan feil, təsirli
madmum: damməli
marife: müəyyən bir varlığı bildirən isim (başında hərf-i tarif olan isimlər, xüsusi adlar, əvəzliklər, ism-i məvsullar, işarə əvəzlikləri, marife ismə muzaf olan isimlər)
masdar: iş və halı, şəxsə və zamana bağlı olmadan bildirən söz
mebni: cümlədəki yeri nə olursa olsun, son hərfinin hərəkəsi dəyişməyən söz
meczum: səkin, cəzimli
meçhul fiil: işi edən bəlli olmayan feil, məchul
meftûh: fəthəli
meful: failin etdiyi feildən təsirlənən obyekt
mefûlün bih sarih: Hərf-i cərsiz failin feili ilə təsirlənən obyekt
mehmûz fiil: əsli hərflərindən biri hemzəli olan feil
meksur: kəsrəli
mevsuf / men‘ût: təsvir olunan söz
mezid: kök hərflərə əlavə edilən bəzi şəkilçilərlə düzələn feil
misâl fiil: əsli hərflərindən birincisi "vav" və ya "ya" olan feil
mu‘rab: i‘raba tabe olan söz (son hərfində dəyişiklik qəbul edən)
mu’tel: illət hərfli feil
muhâtab: ikinci şəxs (onunla danışılan müzəkkər)
muhataba: ikinci şəxs (onunla danışılan müənnəs)
mutasarrıf: çəkim qəbul edən isim (müfrəd ikən təsniyə, cəm formasına salına bilən kimi)
muzaaf fiil: son iki hərfi eyni olan və idgam edilərək şəddələnmiş feil
muzaaf: tamlanan (başına ال, sonuna tənvin, təsniyə və ya cəm nunu almayan)
muzaafun ileyh: tamlayan (həmişə mecrur olur; qeyri-müəyyən isim birləşməsində nekra kimi gəlir)
mübteda: mübtəda (isim cümləsində bu adla tanınır), cümlə onunla başlayır
mücerred: kök (əsli) hərflərdən ibarət olan feil
müfred: tək varlığa işarə edən isim (cümlə deyil, tək sözdən ibarət olduğunu da bildirir)
müştâk: bir feildən və ya başqa bir isimdən törəmiş isim
müteaddî fiil: keçişli feil (failin etdiyi iş özündə qalmayıb başqasına təsir edən, yəni cümlənin mənasının tamamlanması üçün obyektə ehtiyac duyan feil) (məf’ulun bih-i birbaşa -hərf-i cərsiz- qəbul edir)
mütekellim: birinci şəxs (danışan müzəkkər və ya müənnəs)
nahiv: söz düzümü, sintaksis (sözün cümlədəki vəziyyətini və bu vəziyyətə görə i‘rabını araşdıran elm sahəsidir)
nâkıs fiil: əsli hərflərindən sonuncusu illət hərfi olan feil
nasb / mansub: son hərfinin hərəkəsi üstün/fətha olan söz (məf’ulun bih, hal ...)
nefy: inkar (Məsələn: tənbəllik etmir)
nehiy: bir işin edilməməsini istəmək, qadağan etmək (olumsuz əmr) (Məsələn: tənbəllik etmə!)
nekire: qeyri-müəyyən bir varlığı bildirən isim (başında ال olmayan və digər marife şərtlərini daşımayan isimlər; eyni zamanda bir ədəd olduğunu bildirir)
ref’ / merfû: son hərfinin hərəkəsi ötrə/damma olan söz (fâil, mübtəda, xəbər...)
rubai mezid: dörd hərfli (rübai mücərrəd feilə hərf əlavə etməklə)
rubai mücerred: kökü dörd hərfli feil (əlavəsiz)
sâlim fiil: əsli hərflərində illət hərfi, hemze və şəddəli hərf olmayan feil
sarf: şəkil bilgisi, morfologiya (istənilən mənanı əldə etmək üçün sözün aldığı şəkilləri öyrənən elm sahəsidir, yalnız isim və feil sahəsinə aiddir)
sıfat / na‘t: isimə aid olan söz
sıfat-ı müşebbehe: ism-i fâil növündən olub, törədiyi feil tərəfindən ifadə olunan gözəllik, çirkinlik, qüsur və bəzi hisslərdə davamlılıq bildirən müştak söz (adətən lazım feildən törəyir)
sudâsî: altı hərfli (sülasi feilə üç hərf / rubai mücərrəd feilə iki hərf əlavə etməklə)
sahih fiil: illət hərfi olmayan feil
sülasi mezid: kökü 3+ hərf olan feillər
sülasi mücerred: kökü üç hərfli feil
şibh-i cümle: cümləyə bənzər (câr və mecrurdan və ya zərfdən ibarət olur)
taaccüb fiilleri: bir şey qarşısında duyulan heyrət və təəccübü bildirən câmid isimlər
tasrif: çəkim (bir sözün bir formadan digər formaya salınması)
tesniye: iki varlığa işarə edən isim
vakıf: oxuyarkən dayanmaq, sözləri bir-birinə bağlamayıb ayırmaq (sözün son hərəkəsi ixtisar olunur)
vasıl: oxuyarkən sözlər arasında dayanmadan bir-birinə bağlamaq
zâid: sözü yaradan kök hərflərdən başqa, müxtəlif səbəblərlə sözə əlavə olunan hərf və ya hərflər