38. Nəhiy Feli
Müzari feilinin əvvəlinə لا edatı gətirilərək düzəldilir. Nəhy feili hazır və qeyri-şəxslərə tətbiq olunur. Müzari feilinin əvvəlinə لا edatı gəldikdə, müzari feilinin sonundakı hərəkə səkin olur, təsniyə və cəmi müzari feillərdə sondakı nun düşür. Amma nəhy-i qeybdə də, nəhy-i hazırda da cəmi müənnəs nunları düşmür. Çünki cəmi müənnəs nunları məbnidir.
| Nəhy-i Hazır |
| Cəmi | Təsniyə | Tək | Yazmaq |
| لاَ تَكْتُبُوا | لاَ تَكْتُبَا | لاَ تَكْتُبْ | Müzəkkər |
| لاَ تَكْتُبْنَ | لاَ تَكْتُبَا | لاَ تَكْتُبِي | Müənnəs |
| Nəhy-i Qeyb |
| Cəmi | Təsniyə | Tək | Yazmasın |
| لاَ يَكْتُبُوا | لاَ يَكْتُبَا | لاَ يَكْتُبْ | Müzəkkər |
| لاَ يَكْتُبْنَ | لاَ تَكْتُبَا | لاَ تَكْتُبْ | Müənnəs |
لاَ تَأْكُلْ بِسُرْعَةٍ
tez yemə
لاَ تَشْرَبْ كَثِيرًا
çox içmə
لاَ تَلْعَبِي بِالْقِطَّةِ
pişiklə oynama
لاَ تَجْلِسِي عَلَى الْأَرْضِ
yerə oturma
لاَ تَلْعَبَا فِي الشَّارِعِ
küçədə oynamayın
لاَ تَضْرِبُوا الطِّفْلَ
uşağa vurmayın
لاَ تَأْخُذُوا نُقُودَهُ
pulunu almayın
لاَ تَخْرُجُوا الْآنَ
indi çıxmayın
لاَ تَطْبُخْنَ الطَّعَامَ
yemək bişirməyin