27. Fel cümləsi
طَلَعَ الْفَجْرِ وَ نَهَضَ كَامِلٌ. تَوَضَّأَ كَامِلٌ وَ صَلَّى صَلاَةَ الْفَجْرِ. ثُمَّ أَكَلَ الْخُبْزَ وَ الْجُبْنَ وَ الْزُبْدَةَ وَ الزَّيْتُونَ وَ شَرِبَ الشَّايَ فِي الْفُطُورِ. ثُمَّ لَبِسَ كَامِلٌ ثِيَابَهُ وَ قَبَّلَ يَدَ أُمِّهِ وَ خَرَجَ مِنَ الْبَيْتِ وَ ذَهَبَ إِلَى الْمَدْرَسَةِ. فَلَمَّا وَصَلَ كَامِلٌ إِلَى الْمَدْرَسَةِ دَخَلَ صَفَّهُ وَ كَتَبَ الدَّرْسَ
Sübh açıldı və Kamil oyandı. Kamil dəstəmaz aldı və sübh namazı qıldı. Sonra səhər yeməyində çörək, pendir, kərə yağı və zeytun yedi və çay içdi. Sonra Kamil paltarını geyindi, anasının əlini öpdü, evdən çıxdı və məktəbə getdi. Kamil məktəbə çatanda sinifinə daxil oldu və dərsi yazdı.
1. Cümlə fel ilə başlayırsa, bu fel cümləsidir
2. Feli yerinə yetirən şəxs fail adlanır
3. Failin felindən təsirlənən isə mef'uldur
4. Lazım ("keçidsiz") fel mef'ul qəbul etmir
5. Müteaddi ("keçidli") fel mef'ul qəbul edir
| Fail | Lazım Fel |
| الْوَلَدُ | سَقَطَ |
| الْمَرِيضُ | نَامَ |
| خَالِدٌ | جَلَسَ |
| Mef'ul | Fail | Müteaddi Fel |
| الْمَاءَ | الْوَلَدُ | شَرِبَ |
| النَّافِذَةَ | زَيْدٌ | فَتَحَ |
| عَمْرًا | زَيْدٌ | نَصَرَ |