24. İsimdə Təsniyə

Müfred ismin sonuna ان "ani" əlavə olunaraq təsniyə düzəldilir. Təsniyə isim muzaf olduqda sondakı nun düşür.

Məna İki nəfərlik Tək
İki kişi müəllim مُدَرِّسَانِ مُدَرِّسٌ
İki oğlan şagird تِلْمِيذَانِ تِلْمِيذُ
İki qadın müəllim مُدَرِّسَتَانِ مُدَرِّسَةٌ
İki qız şagird تِلْمِيذَتَانِ تِلْمِيذَةٌ
Muzaf olan təsniyə ismin nunu düşür
Məna muzafun ileyh muzaf
Məktəbin iki kişi müəllimi الْمَدْرَسَةِ مُدَرِّسَا
Məktəbin iki qadın müəllimi الْمَدْرَسَةِ مُدَرِّسَتَا
Müəllimin iki kitabı الْأًسْتَاذِ كِتَابَا
Evin iki pəncərəsi الْبَيْتِ نَافِذَتَا
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcə Dərsləri › 24. İsimdə Təsniyə
🎓
Xoş gəldiniz! Sual soruşun!