Nisbə

İsmin sonuna şəddəli ي əlavə olunmaqla düzəldilir. ي hərfindən əvvəlki hərfin hərəkəsi kəsrəyə çevrilir. İki hərfli sözlərdə ي hərfindən əvvəl bir vav hərfi əlavə olunur. 

تُرْك تُرْكِيٌّ
أَبٌ أَبَوِيٌّ
فَتْى فَتْوَى
دُنْيَا دُنْيَوِي
مَعْنَى مَعْنَوِى

İsmin sonunda ة varsa, mənsub isim düzəldilərkən bu ة düşür. Üç hərfli bir sözün ikinci hərfinin hərəkəsi kəsrədirsə, həmin sözün mənsub ismi düzəldilərkən kəsrə fətaha çevrilir. فَعِيلَةٌ vəznində olan sözlərin mənsub ismi düzəldilərkən sondakı ة və ondan əvvəlki ي hərfi də çıxarılır. Sözün sonunda həmzə varsa, vava çevrilir. Yaxud həmzə olduğu kimi qalır və sona bir ي hərfi əlavə olunur. Söz şəddə ilə bitirsə, şəddə düşür, sona kəsrəli bir vav və şəddəli ي hərfi əlavə olunur. Sonu şəddəli olan sözlərdə şəddədən əvvəl iki hərf varsa, ikinci hərfin hərəkəsi fətha edilir və sona kəsrəli bir vav və şəddəli ي hərfi əlavə olunur. 

عَلِيٌّ عَلَوِيٌّ
نَبِيٌّ نَبَوِيٌّ
حَيٌّ حَيَوِيٌّ
اِبْتِدَاءِ اِبْتِدَائِيٌّ
مَدِينَةٌ مَدَنِيٌّ
مَلِكٌ مَلَكِيٌّ
سَمَاءٌ سَمَاوِيٌّ
عُثْمَانُ عُثْمَانِيٌّ

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcə Xülasə › Nisbə
🎓
Xoş gəldiniz! Sual soruşun!