Fel növləri
Feil, zaman baxımından mazi (keçmiş), hal (muzari, indiki) və əmr olmaqla 3 hissəyə bölünür.
Mazi Feil
İçində olunan andan əvvəlki zamanı bildirir. Mazi feilinin əlaməti sakit müənnəslik ta-sı və fail ta-sını qəbul etməsidir.
| Sakit Müənnəs ta-sı | كَتَبَتْ | |||
| Fail ta-sı |
|
Muzari Feil
Həm danışıq anını, həm də davamlı edilən hərəkətləri geniş zaman daxilində bildirir. Başına sin və ya sevfe ədatı gələrək gələcəyə aid edilir. Sin ədatı gələrsə yaxın, sevfe ədatı gələrsə uzaq gələcəyi bildirir. Muzari feilinin əvvəlinə gələn nəfy la-sı indiki zamanın inkarını, nəfy la-sı gələcək zamanın inkarını, təkidli nəfy edən len ədatı gələndə gələcəyin qəti şəkildə inkarını, cəhd-i mutlaq əlaməti olan lem ədatı gələndə keçmiş zamana çevirib mənanı qəti şəkildə inkar etməyi, cəhd-i mustəğraq əlaməti olan lemma ədatı gələndə mənanı inkar edib keçmiş zamana aparmasını, amma hələ inkarın tamamlanmadığını, nəhy la-sının isə qayıbda olan şəxsə inkar əmr verməsini bildirir. Aşağıdakı cədvəldə bunu aydın şəkildə görə bilərik.
| Muzari feilinin əvvəlinə gələn bəzi ədatlar |
| Kömək etmir | مَا يَنْصُرُ |
| Kömək etməyəcək | لاَ يَنْصُرُ |
| Kömək etmədi | لَمْ يَنْصُرْ |
| Hələ kömək etmədi | لَمَّا يَنْصُرْ |
| Kömək etməsin | لاَ يَنْصُرْ |
| Heç vaxt kömək etməyəcək | لَنْ يَنْصُرَ |
Əmr
Bir işin həmin anda və ya gələcəkdə edilməsini istəməkdir. Əmr felləri müxatablara və ya qayıbda olan şəxslərə edilir. Bəzən nəfs-i mütəkəllim vəhdə və nəfs-i mütəkəllim meal ğayr olan şəxslərə də edilir.
| أُخْرُجُوا | أُكْتُبَا | اُنْصُرْ |
| اِضْرِبْنَ | أِفْتَحَا | اِعْلَمِى |