Rübai Mücerredə Mülhak Haqqında
يُقَالُ؛ لِهَذِهِ السِّتَّةِ الْمُلْحَقُ باِلرُّبَاعِىِّ الْمُجَرَّدِ. وَ مَعْنَى الْإِلْحَاقِ؛ اِتِّحَادُ الْمَصْدَرَيْنِ اَىِ الْمُلَحَقِ وَ الْمُلَحَقِ بِهِ
Denilir ki, bu altı bab rübai mücerredə mülhak bablardır. İlhakın mənası, iki məstərin – yəni mülhak olan feylin məstəri ilə ona ilhak olunan feylin məstərinin – bir olmasıdır.
Metnin ümumi mənası:
Bu altı bab (Havkale, beytera, cehvera, ‘asyera, celbebe, selka) rübai mücerredə mülhak bablar adlanır. Rübai mücerredə ilhak olunan babların altı olması bəzi alimlərə görədir. Bəzi alimlərə görə isə rübai mücerredə ilhak olunan bablar səkkizdir. زَلَزَلَ və قَلْنَسَ babları bəzi alimlərə görə sülasi mücerredə ilhak olunur. Sözügedən altı babın rübai mücerred deyil, rübaiyə mülhak sayılmasının səbəbi, onların quruluşunda əlavə bir hərfin olmasıdır. Bir kəlimənin bu altı babdan gəlməsinin və əlavə hərfin olmasının əlaməti: Bu əlavə hərf çıxarıldıqda mənanın dəyişməməsidir.
İlhakın mənası: İlhak olunan feylin (havkale) məstərinin, ona başqa bir feyl ilhak olunan feylin (dehrace) məstərinin hərflərinin sayı və tələffüzünün bərabər olmasıdır. Məsələn, mülhak olan feyllərdən حَقَلَ feylinin məstəri حَوْقَلَةٌ kəlməsi ilə, mülhakun bih olan feyllərdən دَحْرَجَ feylinin məstəri دَحْرَجَةٌ kəlməsinin tələffüzü bir-birinə bərabər olduğuna görə حَقَلَ feylinin دَحْرَجَ feylinə ilhak olunması caizdir. حَوْقَلَةً məstərində olan əlavə vav hərfi حَقَلَ feylində də eyni yerdə istifadə olunub və حَوْقَلَ kimi tələffüz edilib.