Fev’ale فَوْعَلَةً Babı

اَلْبَابُ الْأَوَّلُ؛ مِنْهَا فَوْعَلَ يُفَوْعِلُ فَوْعَلَةً وَ فِيعَالاً وَ مَوْزُونُهُ؛ حَوْقَلَ يُحَوْقِلُ حَوْقَلَةً وَ حِيقَالاً وَ عَلاَمَتُهُ؛ أَنْ يَكُونَ مَاضِيهِ عَلَى أَرْبَعَةِ أَحْرُفٍ بِزِيَادَةِ الْوَاوِ بَيْنَ الْفَاءِ وَ الْعَيْنِ. وَ بِنَاؤُهُ؛ لِلَّازِمِ فَقَطْ. نَحْوُ؛ حَوْقَلَ زَيْدٌ

اَلْبَابُ الْأَوَّلُ birinci bab, مِنْهَا ondan, yəni Rübai mücərrədə mülhəq olan 6 babdan biri, mazisi فَوْعَلَ və muzarisi يُفَوْعِلُ, masdarları isə فَوْعَلَةً və فِيعَالاً vəzinlərində gəlir. وَ مَوْزُونُهُ bu babın mövzunu mazidə حَوْقَلَ, muzari formasında يُحَوْقِلُ, masdarlarda isə حَوْقَلَةً və حِيقَالاً şəklindədir. وَ عَلاَمَتُهُ bu babın əlaməti; أَنْ يَكُونَ olmasıdır, Mazi forması, عَلَى أَرْبَعَةِ أَحْرُفٍ dörd hərf üzərində, بِزِيَادَةِ الْوَاوِ bir vav hərfi artırılması ilə, بَيْنَ الْفَاءِ وَ الْعَيْنِ fa ul-fiil ilə ayn ul-fiil arasına. وَ بِنَاؤُهُ bu babın quruluşu; لِلَّازِمِ فَقَطْ yalnız lazım fellər üçündür. نَحْوُ lazım felə misal belədir; حَوْقَلَ زَيْدٌ “Zeyd addımlarını tez-tez atdı” kimidir.
Mətnin Ümumi Mənası: Rübai Mücərrədin tək babı olan فَعْلَلَ "dehrace" babına mülhəq olan 6 babın birincisinin mazi forması فَوْعَلَ , muzari forması يُفَوْعِلُ və masdarları isə فَوْعَلَةً və فِيعَالاً vəzinlərində gəlir. Bu baba uyğun gələn mövzunlar mazidə حَوْقَلَ , muzari formasında يُحَوْقِلُ, masdarlarda isə حَوْقَلَةً və حِيقَالاً şəklindədir. Bu babın əlaməti, əvvəllər 3 hərfli olan حقل felinin fa ul-fiili ilə ayn ul-fiili arasına bir vav hərfinin artırılması ilə mazi formasının 4 hərf üzərində olmasıdır. Bu babın quruluşu yalnız lazım fellər üçündür. Lazım felə misal حَوْقَلَ زَيْدٌ “Zeyd addımlarını tez-tez atdı” kimidir. حِيقَالاً masdarına gəldikdə isə, əsli حِوْقَالاً idi və vəzni də فِوْعَالاً idi. Lakin vav hərfi sakin və ondan əvvəlki hərf səhhih və hərəkətli olduğuna görə, vav hərfi ondan əvvəlki hərfin hərəkəsi növündən ya hərfinə çevrilmişdir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Fev’ale فَوْعَلَةً Babı
🎓
Xoş gəldiniz! Sual soruşun!