Muzari feil – məchul 2
Muzari feilinin məchul forması əgər sülasi mücərrəd mazi feillərin muzari formasıdırsa, muzari feilinin ümumi məchul şəkli يُفْعَلُ vəznidir. Bina kitabında məzid feilləri görəcəyik, orada məchul feillərin vəznləri fərqli olacaq. Mazi feillər izah olunanda sizə həmişə bunu dedik: Emsile-i muhtelifedəki نَصَرَ və bütün törəmələri sülasi mücərrəd bablardan birinci babdakı فَعَلَ يَفْعُلُ vəznindədir. Sülasi mücərrəd babların bütün 6 babının mazi forması məchul فُعِلَ vəznində, muzari forması isə məchul يُفْعَلُ vəznində gəlir.
| Məchul muzari | Məlum muzari | Məchul mazi | Məlum mazi |
| يُفْعَلُ | يَفْعَُِلُ | فُعِلَ | فَعَُِلَ |
| يُنْصَرُ | يَنْصُرُ | نُصِرَ | نَصَرَ |
| يُضْرَبُ | يَضْرِبُ | ضُرِبَ | ضَرَبَ | يُفْتَحُ | يَفْتَحُ | فُتِحَ | فَتَحَ |
| يُعْلَمُ | يَعْلَمُ | عُلِمَ | عَلِمَ |
| يُحْسَنُ | يَحْسُنُ | حُسِنَ | حَسُنَ |
| يُحْسَبُ | يَحْسِبُ | حُسِبَ | حَسِبَ |
Cədvələ baxanda görürük ki, Mazi məchul feil vəzni فُعِلَ və Muzari məchul feil vəzni isə يُفْعَلُ vəznindən gəlir. Bu mazi məchul və muzari məchul vəznlər yalnız sülasi mücərrəd feilər üçün keçərlidir. Bina kitabında digər bablardan gələn feiləri araşdıranda fərqlilikləri görəcəyik.