Cəmi çeşidləri
Cəmi isimlər, cəmi müzəkkər salim, cəmi müənnəs salim və cəmi təksir (qırıq cəmlər, qaydasız cəmlər, cəmi mükəssir) olmaqla 3 hissədə araşdırılır.
Cəmi Müzəkkər Salim
Müfrəd müzəkkər bir ismin sonuna rafa halında ـونَ və nəsb və ya cərr halında isə ـينِ şəkilçiləri əlavə olunmaqla yaranan isimlərə cəmi müzəkkər salim isimlər deyilir.
| مُسْلِمِينَ | مُسْلِمِينَ | مُسْلِمُونَ | مُسْلِمٌ |
| Cərr | Nəsb | Raf | Müfrəd |
Cəmi müzəkkər salimlərin i'rabı hərflə olur. Raf halında ـونَ, nəsb və ya cərr halında isə ـينِ şəkilçiləri ilə i'rablanırlar.
| Raf Hali | مُدَرِّسُونَ | جَاءَنِى |
| Nəsb Hali | مُدَرِّسِينَ | رَأَيْتُ |
| Cərr Hali | بِمُدَرِّسِينَ | مَرَرْتُ |
Cəmi Müənnəs Salim
Müfrəd müənnəs bir ismin sonuna اتٌ şəkilçisinin əlavə olunması ilə yaranan cəmi isimlərə cəmi müənnəs salim deyilir. Cəmi müənnəs salim isimlərin i'rabı hərəkə ilə olur. Raf halında dammə, nəsb və cərr hallarında isə kəsrə ilə i'rablanırlar.
| Raf Hali | مُسْلِمَاتٌ | جَاءَنِى |
| Nəsb Hali | مُسْلِمَاتٍ | رَأَيْتُ |
| Cərr Hali | بِمُسْلِمَاتٍ | مَرَرْتُ |
Cəmi Təksir
Müfrəd sözün forması dəyişdirilərək əldə olunur. Qaydaya əsaslanmadığı üçün xüsusi olaraq əzbərlənməsi lazımdır. Bu forma dəyişməsində hərf və ya hərəkə artırıla və ya azaldıla bilər. Yəni tamamilə yeni bir forma yaranır.
| Müfrəd | Cəmi Təksir |
| إِمْرَأَةٌ | نِسَاءٌ |
| يَوْم | أَيَّام |
| عَامِل | عُمَّال |
| مَاءٌ | مِيَاه |
Cəmi təksirlərin i'rabı tam hərəkə ilə aparılır. Yəni raf halında dammə, nəsb halında fəthə, cərr halında isə kəsrə ilə olur.
| Raf Hali | عُمَّالٌ | جَاءَنِى |
| Nəsb Hali | عُمَّالاً | رَأَيْتُ |
| Cərr Hali | بِعُمَّالٍ | مَرَرْتُ |