İnne
Nasb etdiyi mamulu, raf etdiyi mamulundan əvvəl gələn 8 dənə amilin, ilk 6-sı olan “Filə bənzəyən hərflər”in birincisi اِنَّ -dır. اِنَّ təsdiq mənasındadır. Mənanı gücləndirmək üçün deyilir. Daxil olduğu cümlənin məzmununun mütləqliyini ifadə etmək və həqiqəti möhkəmləndirmək üçün istifadə olunur. اِنَّ زَيْدًا قَائِمٌ “Şübhəsiz ki, Zeyd ayaqdadır”. Əgər cümlədə اِنَّ olmasaydı, “زَيْدٌ قَائِمٌ” mənası; “Zeyd ayaqdadır” şəklində olacaqdı. اِنَّ ; nasb etdiyi mamulu, raf etdiyi mamulundan əvvəl gələndir. Başqa sözlə, ismini nasb edir, xəbərini raf edir. Nümunədə göründüyü kimi.
| قَائِمٌ | زَيْدًا | إِنَّ |
| إِنَّ nin xəbəri və mərfu | إِنَّ nin ismi və mensub | ismini nasb, xəbərini raf edən, filə bənzəyən hərflərin 6-sının 1-cisi |