İki hərfi cər və mütəəllaq
وَ لاَ يَجُوزُ تَعَلُّقُ الْجَارَيْنِ بِمَعْنًى وَاحِدٍ بِدُونِ الْعَطْفِ بِفِعْلٍ وَاحِدٍ. فَلاَ يُقَالُ مَرَرْتُ بِزَيْدٍ بِعَمْرٍو. وَ لاَ ضَرَبْتُ يَوْمَ الْجُمْعَةِ يَوْمَ السَّبْتِ. بِخِلاَفِ ضَرَبْتُ يَوْمَ الْجُمْعَةِ أَمَامَ المَسْجِدِ. وَ اَكَلْتُ مِنْ ثَمَرِهِ مِنْ تُفَّاحِهِ
وَ لاَ يَجُوزُ caiz deyil, تَعَلُّقُ الْجَارَيْنِ iki carın taalluku, بِمَعْنًى وَاحِدٍ bir mənaya, بِدُونِ الْعَطْفِ atıf olmadan, بِفِعْلٍ وَاحِدٍ bir fiilə, yəni tək mütealliqə, فَلاَ يُقَالُ bu halda belə deyilmir; مَرَرْتُ بِزَيْدٍ بِعَمْرٍو “Zeydə uğradım Amra” kimi, وَ لاَ və belə də deyilmir, ضَرَبْتُ يَوْمَ الْجُمْعَةِ يَوْمَ السَّبْتِ “Cümə günü şənbə günü döydüm”, بِخِلاَفِ bunun əksi olaraq, ضَرَبْتُ يَوْمَ الْجُمْعَةِ أَمَامَ الْمَسْجِدِ “Cümə günü məscidin önündə döydüm” deyilə bilər, وَ və, اَكَلْتُ مِنْ ثَمَرِهِ مِنْ تُفَّاحِهِ “Meyvəsindən, yəni almasından yedim” deyilə bilər.
Mətnin Ümumi Mənası: 2 carın, eyni mənada olan bir fiilə (mütealliqə), atıfsız taalluq etməsi caiz deyil. Misal üçün; مررت بزيد بعمرو deyilmir. Bu tərkibin caiz olmamasının səbəbi, ba carının iki isimdə də eyni mənanı daşımasıdır. مررت بزيد و بعمرو (Zeydə və Amra uğradım) Bu tərkib, Zeyd sözünü car edən ba carını ilhak, Amr sözünü car edən ba carını səbəbiyyət mənasında qəbul etsək, bu şəkildə keçərli ola bilər. Amr səbəbi ilə Zeydə uğradım. Yenə də, ضربت يوم الجمعة يوم السبت deyilmir. Burada يوم السبت sözü, يوم الجمعة sözünə atfedilməlidir. ضربت يوم الجمعة و يوم السبت deyilə bilər. (Cümə günü və şənbə günü döydüm) Az əvvəlki 2 misalın əksinə; ضربت يوم الجمعة امام المسجد (Cümə günü məscidin önündə döydüm) deyilə bilər. Və اكلت من ثمره من تفاحه (Meyvəsindən yedim, -yəni- almasından) Buradakı iki من carından, ثمره sözünü car edən من carı ibtidə mənasında, تفاحه sözünü car edən من carı isə təb'iz (bir hissə, bax: car mövzusu) mənasındadır. Onun meyvəsindən yedim, yəni meyvəsinin bir hissəsini təşkil edən almasından yedim.