Mütaəddi və lazım feli
{تَنْبِيهٌ} FİİL; ya müteaddi olur, bu da mefulə keçən fiildir, məsələn; “ضَرَبْتُ زَيْدًا” (Mən Zeydi döydüm) kimi. Bu fiil həm də “vaqi” və “mütecaviz” adlanır. Ya da qeyri-müteaddi olur, bu da yalnız faildə qalan fiildir, məsələn; “حَسُنَ زَيْدٌ” (Zeyd gözəl oldu) kimi. Bu fiil “lazım” və “qeyri-vaqi” adlanır. Mücerred üçlü fiillərdə lazım fiili müteaddi etmək üçün ya fiilin ortadakı hərfi (ayn) təkrar edilir (şeddələnir), ya da fiilə həmzə əlavə edilir, məsələn; “فَرَّحْتُ زَيْدًا” (Mən Zeydi sevindirdim) və “أَجْلَسْتُهُ” (Mən onu oturtdum). Həmçinin, bütün fiillərdə cər hərfi ilə də müteaddi etmək olur, məsələn; “ذَهَبْتُ بِزَيْدٍ” (Mən Zeydlə getdim) və “إِنْطَلَقْتُ بِهِ” (Mən onunla yola çıxdım).
{تَنْبِيهٌ} Diqqət! "Tənbih" sözü təf'il babından masdardır. نَبَّهَ يُنَبِّهُ تَنْبِيهٌ şəklində çəkilir. Lüğət mənası: xəbərdarlıq və diqqət yetirməkdir. İstilahı mənası isə: əvvəl deyilən bir şey barədə xəbərdarlıq etmək və əvvəl deyilənə diqqət yetirməyimizi vurğulamaqdır. ثُمَّ الْفِعْلُ ifadəsi ilə Musannif bizə fiilin bölmələrini izah etdi, burada fiilin bölmələrinə diqqət çəkərək bizə tənbih etdi. اَلْفِعْلُ Fiil: إِمَّا مُتُعَدٍّ ya müteaddi (keçişli) fiildir; وَ هُوَ أَلَّذِى və o müteaddi fiil ki, يَتَعَدَّى keçər, إِلَى الْمَفْعُولِ mefulə keçər, بِهِ onunla, yəni failin fiilinin özü ilə. Bu halın misalı كَقَوْلِكَ sənin bu sözün kimidir; ضَرَبْتُ زَيْدًا “Mən Zeydi döydüm” cümləsində olduğu kimidir. وَ يُسَمَّى və adlandırılır (hərəkəti mefulə keçən fiillər), أَيْضًا həmçinin müteaddi adlanır və وَاقِعًا vaqi adlanır. Vaqi adlandırılmasının səbəbi budur: Failin fiilindəki hərəkət mefulə keçib onda vaqi olur. وَ مُتَجَاوِزًا və əlavə olaraq mütecaviz, yəni keçişkən adlanır. وَ إِمَّا غَيْرُ مُتَعَدٍّ və müteaddi (keçişli) olmayan fiillərə gəlincə; وَ هُوَ أَلَّذِى və o keçişli olmayan fiil ki, لَمْ يَتَجَاوَزِ keçmir, failin fiili. Keçişli olmayan fiilin misalı; كَقَوْلِكَ sənin bu sözün kimidir; حَسُنَ زَيْدٌ “Zeyd gözəl oldu” kimidir. وَ يُسَمَّى və keçişli olmayan fiil adlandırılır; لاَزِمًا lazım fiil kimi. Və keçişli olmayan fiil وَ غَيْرَ وَاقِعٍ qeyri-vaqi adlanır. Qeyri-vaqi adlandırılmasının səbəbi: Failin fiilindəki hərəkət mefulə keçmir, əksinə failin özündə vaqi olur. Mefulda vaqi olmadığı üçün qeyri-vaqi deyilir. وَ تَعْدِيَتُهُ və onun (lazım fiil – keçişli olmayan fiil) ta’diyəsi, yəni keçişli olması, onu keçişli etmək; فِي الثُّلاَثِىُّ الْمُجَرَّدِ üçlü mücerred fiillərdə lazım fiili müteaddi etmək; o lazım fiilin keçmişində بِتَضْعِيفِ الْعَيْنِ fiilin ortadakı hərfinin təkrarlanması (şeddələnməsi) ilə olur, yəni təf'il b abına keçirtmək ilə olur. أَوْ və ya; lazım feilinin əvvəlinə بِزِيَادَةِ الْهَمْزَةِ hemzə əlavə etməklə olur. Bu vəziyyətə misal; كَقَوْلِكَ sənin bu sözün kimi; فَرَّحْتُ زَيْدًا “Zeydi sevindirdim” və وَ أَجْلَسْتُهُ “Onu oturtdum” kimi. Bu iki misalı araşdırsaq görərik ki, فَرِحَ (sevindi) lazım feilinin təf’il babına keçdikdən sonra mütəəddi olduğunu görürük. Feil lazım ikən misal belə idi; فَرِحَ زَيْدٌ “Zeyd sevindi”, amma فَرِحَ feili təf’il babının keçmişi olmaqla aynul feilini şeddələyib فَرَّحَ oldu və lazım olan feil mütəəddi oldu. İkinci misalda isə جَلَسَ زَيْدٌ “Zeyd oturdu” dedikdə جَلَسَ feilinin lazım olduğunu görürük. Burada isə جَلَسَ feili if’al babının keçmişi olaraq أَجْلَسَ olub və lazım ikən mütəəddi olmuşdur. Lazım feili mütəəddi etməyin ikinci yolu isə; وَ بِحَرْفِ الْجَرّ isimlərin əvvəlinə hərfi-cər gəlməsidir, فِي الْكُلِّ isimlərin əvvəlinə hərfi-cər gələndə hər bir lazım feil mütəəddi olur. Bu vəziyyətə misal; نَحْوُ kimi; ذَهَبْتُ بِزَيْدٍ “Zeydlə getdim” ifadəsində ذَهَبَ feili lazım ikən زَيْدْ sözünün əvvəlinə hərfi-cər gəlməsi ilə mütəəddi olmuşdur. وَ və daha; إِنْطَلَقْتُ بِهِ “Onunla getdim” ifadəsində إِنْطَلَقَ feili lazım feil ikən, هـِ zamirinin əvvəlinə hərfi-cər gəlməsi ilə mütəəddi olmuşdur. Metnin Ümumi Mənası: Diqqət! Feil ya mütəəddidir, yəni failin feili mefulə keçir. Misal; ضَرَبْتُ زَيْدًا “Zeydi vurdum” ifadəsindəki ضَرَبَ feili kimi. Failin feili mefulə keçirsə bu feilə “mütəəddi” feil, vaki’ feil və mütecaviz (keçən) feil deyilir. Feil ya da qeyri-mütəəddidir, yəni failin feili mefulə keçmir. Misal; حَسُنَ زَيْدٌ “Zeyd gözəl oldu” ifadəsindəki حَسُنَ feili kimi. Failin feili mefulə keçmirsə bu feilə “lazım” feil və qeyri-vaki’ feil deyilir. Lazım olan üçlü mücərrəd feili mütəəddi etmək üçün, onun keçmişinin aynul hərfinin tə’dif (şeddəli) olması (təf’il babından keçmiş olması) və ya əvvəlinə hemzə əlavə edilməsi (if’al babından keçmiş olması) lazımdır. Lazım olan üçlü mücərrəd keçmiş feilinin aynul feilinin tə’dif (şeddəli) olmasına misal; فَرَّحْتُ زَيْدًا “Zeydi sevindirdim” ifadəsindəki فَرَّحَ feili, əvvəllər lazım feil olan فَرِحَ idi, amma təf’il babının keçmişi olmaqla aynul feilini şeddələyib və فَرَّحَ olaraq mütəəddi feil oldu. Lazım olan üçlü mücərrəd keçmiş feilinin əvvəlinə hemzə əlavə edilməsinə misal; أَجْلَسْتُهُ “Onu oturtdum” ifadəsindəki أَجْلَسَ feili, əvvəllər lazım feil olan جَلَسَ idi, amma if’al babının keçmişi olaraq əvvəlinə elif əlavə ediləndə أَجْلَسَ olaraq mütəəddi feil oldu. Lazım olan üçlü mücərrəd feili mütəəddi etməyin ikinci yolu isə, isimlərin əvvəlinə hərfi-cər gəlməsidir, bu halda bütün feillər mütəəddi olur. Misal; ذَهَبْتُ بِزَيْدٍ “Zeydlə getdim” ifadəsindəki ذَهَبَ feili, lazım feil olmasına baxmayaraq hərfi-cər vasitəsilə mefulə keçdiyi üçün mütəəddi feil olmuşdur. İkinci misal; إِنْطَلَقْتُ بِهِ “Onunla getdim” ifadəsindəki إِنْطَلَقَ feili, lazım feil olmasına baxmayaraq hərfi-cər vasitəsilə mefulə keçdiyi üçün mütəəddi feil olmuşdur.