Avamilə Giriş

أَبْتَدِىُ أَعُوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم. اَلْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِينَ وَ الصَّلاَةُ وَ السَّلاَمُ عَلَى رَسُلِنَا مُحَمَّدٍ وَ آلِهِ اَجْمَعِينَ

أَبْتَدِىُ başlayıram, أَعُوذُ mən sığınıram, بِاللهِ Allaha, مِنَ الشَّيْطَانِ şeytandan, (elə şeytan ki), الرَّجِيمِ rəcm (daşlanmış) olunmuş. بِسْمِ اللهِ Allahın adı ilə, (elə Allah ki); الرَّحْمَنِ rəhmən, الرَّحِيم və rəhimdir. اَلْحَمْدُ həmd, لِلهِ Allahadır. رَبِّ الْعَالَمِينَ Aləmlərin Rəbbi olan Allahadır. وَ الصَّلاَةُ və salat (dəstəkləmə), وَ السَّلاَمُ və salam, عَلَى رَسُلِنَا elçimiz üzərinə, مُحَمَّدٍ Məhəmmədin üzərinə, وَ آلِهِ اَجْمَعِينَ və onun (Məhəmmədin) əhli (ailəsi) hamısının üzərinə olsun.

Mətnin Ümumi Mənası; Rəhmən və Rəhim olan Allahın adı ilə, daşlanmış şeytandan yenə Allaha sığınaraq başlayıram; Həmd, Aləmlərin Rəbbi olan Allahadır. Və salat və salam elçimiz Məhəmməd rəsulullaha və onun əhli-cəminə olsun.

Avamil kitabı, İmam Birgivinin nahiv sahəsində yazdığı qısa və faydalı bir əsərdir. Avamil عَوَامِلُ sözü, عَامِلٌ "təsir edən, təsir edici" sözünün, Cəm Müənnəs Mükəssər olan فَوَاعِلٌ babından mükəssər cəmi formasıdır və "Təsir edənlər" deməkdir. Kitabımız 3 əsas hissədən ibarətdir. 1-ci hissə Amillərdir; 60 ədəd. 2-ci hissə Mamullərdir; 30 ədəd və 3-cü hissə İrab (əməl)dir; 10 ədəd. 10 ədəd olan irab əlamətləridir, bu əlamətlərin təsir etdiyi 9 irab yeri vardır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Avamilə Giriş
🎓
Xoş gəldiniz! Sual soruşun!