Müttəsil zamirlər
Müttəsil (Bitişik) zamirlər isimlərə və feilərə birləşirlər. Bu dərsimizdə verilən nümunələr isimlərə birləşən müttəsil zamirlərdir. Növbəti dərsimizdə feilərə birləşən müttəsil zamirləri görəcəyik. Müzekkər qayıb və müənnəs qayıbə olan bitişik zamirlərin əvvəlinə cər hərfi birləşərsə, yəni cər məkanında olarsa, cədvəldə göstərildiyi kimi kəsrə ilə oxunurlar. Qalan zamirlər məbnidir və əvvəllərinə cər hərfi gəlsə belə, heç vaxt hərəkələri dəyişmir.
| Müttəsil (Bitişik) Zamirlər / اَلضَّمِيرُ الْمُتَّصِلُ |
|
جَمْع cəm çoxluq |
تَثْنِيَه təthniyə ikilik |
مُفْرَدْ müfrəd tək |
Bitişik Zamir |
|
ـهُِمْ hum / him onların |
ـهُِمَا huma / hima o ikisinin |
ـهُِ hi / hu onun |
مُذَكَّرْ غَائِبْ müzekkər qayıb 3-cü tək şəxs kişi |
|
ـهُِنَّ hunne / hinne onların |
ـهُِمَا huma / hima o ikisinin |
ـهَا ha onun |
مُؤّنَّثْ غَائِبَه müənnəs qayıbə 3-cü tək şəxs qadın |
|
ـكُمْ kum sizin |
ـكُمَا kuma siz ikinizin |
ـكَ ke sənin |
مُذَكَّرْ مُخَاطَبْ müzekkər müxatəb 2-ci tək şəxs kişi |
|
ـكُنَّ kunne sizin |
ـكُمَا kuma siz ikinizin |
ـكِ ki sənin |
مُؤَنَّثْ مُخَاطَبَه müənnəs müxatəbə 2-ci tək şəxs qadın |
|
ـنَا na bizim |
ـنَا na ikimizin |
ـَنِى ـي eni / -i mənim |
نَفْسِ مُتَكَلِّمْ
nəfs-i mütəkəllim
1-ci cəm şəxs
Muttəsil Zamir nümunələri / Hərfi-cər ilə birləşəndə
| Onun evi | بَيْتُهُ بِبَيْتِهِ | 3-cü tək kişi şəxs |
| O ikisinin evi | بَيْتُهُمَا بِبَيْتِهِمَا | 3-cü iki kişi şəxs |
| Onların evi | بَيْتُهُمْ بِبَيْتِهِمْ | 3-cü cəm kişi şəxs |
| Onun evi | بَيْتُهَا بِبَيْتِهَا | 3-cü tək qadın şəxs |
| O ikisinin evi | بَيْتُهُمَا بِبَيْتِهِمَا | 3-cü iki qadın şəxs |
| Onların evi | بَيْتُهُنَّ بِبَيْتِهِنَّ | 3-cü cəm qadın şəxs |
| Sənin evin | بَيْتُكَ بِبَيْتِكَ | 2-ci tək kişi şəxs |
| Siz ikinizin evi | بَيْتُكُمَا بِبَيْتِكُمَا | 2-ci iki kişi şəxs |
| Sizlərin evi | بَيْتُكُمْ بِبَيْتِكُمْ | 2-ci cəm kişi şəxs |
| Sənin evi | بَيْتُكِ بِبَيْتِكِ | 2-ci tək qadın şəxs |
| Siz ikinizin evi | بَيْتُكُمَا بِبَيْتِكُمَا | 2-ci iki qadın şəxs |
| Sizlərin evi | بَيْتُكُنَّ بِبَيْتِكُنَّ | 2-ci cəm qadın şəxs |
| Mənim evim | بَيْتَنِى بَيْتِي بِبَيْتِى | 1-ci tək şəxs |
| Bizim evimiz | بَيْتُنَا بِبَيْتِنَا | 1-ci cəm şəxs |