Əqsam-ı səba
Aksam-ı Seba (7 Hissə); Əsas hərflərində həmzə, illet hərfi (elif, vav, ya) və təkrar edən hərf (şəddəli hərf) olmayan felə səhih fel deyilir. Misal; نَصَرَ kimi.
Əsas hərflərində həmzə olan felə məhmuz deyilir. Əgər bu həmzə felin faul hərfindədirsə, ona məhmuz-ul fa deyilir, misal; أَخَذَ kimi. Əgər bu həmzə felin aynul hərfindədirsə, ona məhmuz-ul ayn deyilir, misal; سَئَلَ kimi. Əgər bu həmzə felin lamul hərfindədirsə, ona məhmuz-ul lam deyilir, misal; قَرَأَ kimi.
Əsas hərflərində təkrar edən hərf (şəddəli hərf) olan felə mudaaf deyilir, misal; مَدَّ kimi (əsli مَدَدَ ‘dir).
Əsas hərflərində illet hərfi (elif, vav və ya) olan felə mutel fel deyilir. Əgər illet hərfi felin faul hərfindədirsə, ona Misal və ya mutel-ul fa deyilir, misal; وَعَدَ kimi. Əgər illet hərfi felin aynul hərfindədirsə, ona Əcvəf və ya mutel-ul ayn deyilir, misal; قَاَلَ kimi (əsli قَوَلَ ‘dir). Əgər illet hərfi felin lamul hərfindədirsə, ona Nakis və ya mutel-ul lam deyilir, misal; غَزَا kimi (əsli غَزَوَ ‘dir).
Əgər illet hərfi felin aynul və lamul hərfindədirsə və ya faul və lamul hərfindədirsə, o felə Ləfif deyilir. Aynul və lamul hərfi illet olan ləfif felə Ləfif-ul Makrun deyilir, misal; طَوَى kimi (əsli طَوَىَ ‘dir). Faul və lamul hərfi illet olan ləfif felə isə Ləfif-i Mefruk deyilir, misal; وَقَى kimi (əsli وَقَىَ ‘dir).