Sarf elminə giriş

Bir elme başlamadan önce o elmin tərifini, mövzusunu və məqsədini bilməyimiz lazımdır. Elmin tərifi tanımdır, mövzusu müzakirə olunan məsələdir və məqsədi isə faydası və nəticələridir.

Sarf Elminin Tərifi; عِلْمٌ يُعْرَفُ بِهِ أَحْوَالُ الْكَلِمَةِ مِنْ حَيْثُ الْإِعْلاَلِ وَ الْبِنَاءِ “İlal və bina baxımından kəlmənin halları onunla bilindiyi elm”dir. عِلْمٌ sözü bilmək deməkdir. Ümumi mənada qeyd olunan mövzu haqqında bilgi deməkdir.

Sarf Elminin Mövzusu; Tasrif etməkdir. Yəni dəyişməkdir. Bir kəlməni bir neçə siqaya salaraq müxtəlif mənalar əldə etməyə imkan verir.

Sarf Elminin Məqsədi; Ərəb kəlmələrinin oxunmasını və yazılmasını səhvdən qoruyub düzgün şəkildə bilinməsidir. Sarf elminə başlamadan əvvəl, onu təşkil edən ən əsas quruluş elementi olan “Kəlmə”ni bilməyimiz lazımdır.

Kəlmə; Müfrəd bir mənaya qoyulmuş sözə deyilir. Özündə hadisə (əməl) mənası olan kəlmə 4 hissəyə bölünür.

FİİL: 5 hissədir; a) Mazi fiil, b) Muzari fiil, c) Əmr fiili, d) Nəhy fiili, e) Təccüb fiili.

Sıfat: 4 hissədir; a) İsm-i Fail, b) İsm-i Meful, c) Sıfat-ı Müşebbehe, d) İsm-i Tafdil.

Masdar: 5 hissədir; a) Mimsiz Masdar, b) Mimli Masdar, c) Masdar-ı Bina-i Merre, d) Masdar-ı Bina-i Nev’, e) Mübaliğəli masdar.

İsim: 6 hissədir; a) İsm-i Məkan, b) İsm-i Zaman, c) İsm-i Alət, d) İsm-i Fail, e) İsm-i Tasgir, f) İsm-i Mensub.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Sarf elminə giriş
🎓
Xoş gəldiniz! Sual soruşun!