2. Hərflərin Tələffüzləri
Elif: Azərbaycan dilindəki e, a, ü, u, i səslərini verir. Məsələn; اَلِفْ “elif” və اَكْبَرْ “əkbər” kimi.
Be: Azərbaycan dilindəki b hərfidir. Məsələn; كَبُرَ “kəbura” və بَالِى “bali” kimi.
Te: Azərbaycan dilindəki t hərfidir. Məsələn; تَالِى “tali” və صَوْتْ “savt” kimi.
Se: Azərbaycan dilində qarşılığı olmayan peltek bir hərfdir. Məsələn; ثَانِى “sani” və حَدَثْ “hədəs” kimi.
Cim: Azərbaycan dilindəki c hərfidir. Məsələn; جَمَالْ “cəməl” və زُجَاجَ “zücacə” kimi.
Ha: Azərbaycan dilində qarşılığı olmayan, boğazın sıxılması ilə çıxan hərfdir. Məsələn; حَاكِمْ “hakim” və طَرْحْ “tarh” kimi.
Kha: Azərbaycan dilində qarşılığı olmayan, boğazdan xışıltılı çıxan bir səsdir. Məsələn; خَيْرْ “xeyr” və خَبَرْ “xəbər” kimi.
Dâl: Azərbaycan dilindəki d hərfidir. Məsələn; دُكَّانْ “dükan” və دِيكْ “dik” kimi.
Zel: Azərbaycan dilində qarşılığı olmayan peltek z hərfidir. Məsələn; ذِكْرْ “zikr” və حَذَرْ “həzər” kimi.
Ra: Azərbaycan dilindəki r hərfidir. Məsələn; رِجَالْ “rical” və رَهْبَرْ “rəhbər” kimi.
Ze: Azərbaycan dilindəki z hərfidir. Məsələn; زَمَانْ “zaman” və زَوْجَه “zövcə” kimi.
Sin: Azərbaycan dilindəki s hərfidir. Məsələn; سَلاَمْ “salam” və بَسِلَ “bəsilə” kimi.
Şin: Azərbaycan dilindəki ş hərfidir. Məsələn; شِمَالْ “şimal” və شَيْطَانْ “şeytan” kimi.
Sad: Azərbaycan dilində qarşılığı olmayan qalın s hərfidir. Məsələn; بَصَرْ “basar” və صَاحِبْ “sahib” kimi.
Dad: Azərbaycan dilində qarşılığı olmayan dz səslidir. Məsələn; رَمَضَانْ “ramazan” və مَاضِى “mazi” kimi.
Ta: Azərbaycan dilində qarşılığı olmayan qalın t hərfidir. Məsələn; طَلَبَه “tələbə” və صَطَرَ “sətərə” kimi.
Za: Azərbaycan dilində qarşılığı olmayan peltek z hərfidir. Məsələn; غَالِظْ “qaliz” və مَظْلُومْ “mazlum” kimi.
Ayn: Azərbaycan dilində qarşılığı olmayan, boğazdan çıxan qalın a səsidir. Məsələn; عَالِمْ “alim” və مُعَلِّمْ “müəllim” kimi.
Ğayn: Azərbaycan dilində qarşılığı olmayan, boğazdan gələn ğ səsidir. Məsələn; غَضِبَ “ğadibə” və مَغْلُوبْ “məğlub” kimi.
Fe: Azərbaycan dilindəki f hərfidir. Məsələn; فَلَكْ “fələk” və فَائِدَه “fayda” kimi.
Kaf: Azərbaycan dilindəki qalın k "Q" hərfidir. Məsələn; قَلَمْ “qələm” və قُرْآنْ “qur'an” kimi.
Kef: Azərbaycan dilindəki incə k hərfidir. Məsələn; كَرِيمْ “kərim” və مَكْتُوبْ “məktub” kimi.
Lâm: Azərbaycan dilindəki l hərfidir. Məsələn; لَكِنْ “lakin” və عِلَّتْ “illet” kimi.
Mim: Azərbaycan dilindəki m hərfidir. Məsələn; مَعْصُومْ “məsum” və مُكَمَّلْ “mükəmməl” kimi.
Nûn: Azərbaycan dilindəki n hərfidir. Məsələn; نُورْ “nur” və نُونْ “nun” kimi.
Vav: Azərbaycan dilindəki v hərfidir. Məsələn; وَلَوْ “vəlov” və وَاقِعَة “vakiə” kimi.
He: Azərbaycan dilindəki h hərfidir. Məsələn; هُنَا “hüna” və هَلاَكْ “həlak” kimi.
Ye: Azərbaycan dilindəki y hərfidir. Məsələn; يَسِيرْ “yesir” və سِيَاسَةْ “siyasət” kimi.
Lâm-Elif: Lâm və elif hərflərinin birləşməsindən yaranır. Bu bir hərf deyil. لا qadağan "olumsuzluq" ədatıdır.
Hemze: Tək başına eliflə eyni vəzifəni görür. Sadəcə yazılışda fərqlidir. Elif, vav və ya hərflərinin üzərinə gəlir, أ və ؤ və ئ kimi.